Məhəmməd Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər ayaqlarınızı möhkəmlədər.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər.
Elmir Quliyev :
О те, которые уверовали! Если вы поможете Аллаху, то и Он поможет вам и утвердит ваши стопы.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Əgər Allaha (Allahın dininə) yardım etsəniz, O da sizə yardım edər mövqeyinizi möhkəmləndirər.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Əgər siz Allaha yardım etsəniz, O da sizə yardım edər ayaqlarınızı sabitqədəm edər.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Əgər yardım edəsiniz Allaha, yardım edər O sizə sabit edər qədəmlərinizi.
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər! Əgər Allaha (Onun peyğəmbərinə, dininə kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər qədəmlərinizi möhkəmləndirər.
Kövsər Tağıyev:
Ey iman edənlər! Əgər siz Allaha yardım etsəniz (əmrinə itaət edib dininə uysanız), O da sizə yardım edər sizi sabitqədəm edər.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Əgər siz Allaha kömək etsəniz, O da sizə kömək edər qədəmlərinizi möhkəm edər.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Əgər siz Allaha yardım etsəniz, O da sizə yardım edər qədəmlərinizi möhkəm edər.