Əlixan Musayev:
onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.
Bünyadov-Məmmədəliyev:
Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.
Elmir Quliyev
:
они с униженными взорами выйдут из могил, словно рассеянная саранча.
Ələddin Sultanov:
Onlar ətrafa səpələnmiş çəyirtkələr kimi, zəlil halda baxaraq qəbirlərdən çıxacaqlar.
Kerbelayi Malik ağa:
Qəbirlərdən, gözləri dəhşətə gəlmiş olaraq çıxarlar. Sanki onlar, ətrafa yayılan çəyirtkələr kimidir.
Ələsgər Musayev:
Baxışları çəkinən halda qəbirlərdən çıxarlar, səpələnmiş
çəyirtgə kimi,
A.Mehdiyev və D.Cəfərli:
(İkinci surun çalınması ilə onlar) gözləri qorxu və zillətlə dolmuş halda dağınıq çəyirtgələr kimi qəbirlərdən çıxarlar.
Kövsər Tağıyev:
Onlar o dəvətçinin (İsrafilin misli görünməmiş) bilinməyən (qorxunc) bir şeyə çağırdığı gün gözləri dönmüş halda dağılmış çəyirtkələr kimi qəbirlərdən çıxarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
(O günü) onlar qəbirlərdən baxışları aşağı dikilmiş halda çıxacaqlar, sanki (ətrafa) yayılmış çəyirtkələrdirlər.
Sabirə Dünyamalıyeva:
o gündə gözlərini aşağı dikmiş olaraq qəbirlərindən çıxıb sürətlə o dəvətə qaçarlar. Sanki onlar darmadağın çəyirtkələr kimidir.