Əlixan Musayev:
Allaha və Onun Elçisinə iman gətirin! Sizin ixtiyarınıza verdiyi maldan (xeyirxah işlərə )sərf edin! Sizdən iman gətirib xərcləyənləri böyük bir mükafat gözləyir.
Bünyadov-Məmmədəliyev:
(Ey insanlar!) Allaha və Peyğəmbərinə iman gətirin. Sizi varis etdiyi maldan (Onun yolunda) xərcləyin. Sizdən iman gətirib (mal-dövlətini Allah yolunda) sərf edənləri böyük bir mükafat gözləyir!
Elmir Quliyev
:
Веруйте в Аллаха и Его Посланника и расходуйте из того, что Он дал вам в распоряжение. Тем же из вас, которые уверовали и расходовали, уготована великая награда.
Ələddin Sultanov:
Allaha və Onun Peyğəmbərinə iman gətirin! Sizin ixtiyarınıza verdiklərindən infaq edin! Sizdən iman gətirib infaq edən kimsələr üçün böyük bir mükafat vardır.
Kerbelayi Malik ağa:
Allaha və Onun Rəsuluna iman edin. Sizi varis etdiyi şeylərdən infaq edin. Beləcə sizdən amənu olub infaq edənlər üçün böyük əcr vardır.
Ələsgər Musayev:
Inanın Allah ilə və Onun rəsulu ilə və infaq edin
nədən ki, etdi sizi xəlifə onda! O kəslər ki, sizdən inandılar və
infaq etdilər, onlar üçün böyük əcr var.
A.Mehdiyev və D.Cəfərli:
Allaha və Onun peyğəmbərinə iman gətirin və sizi (özünün və keçmişlərin) canişin(i) etdiyi şeydən (mallardan Allah yolunda) xərcləyin. Beləliklə sizdən iman gətirib (mallarını Allah yolunda) xərcləyənlərin (axirətdə) böyük mükafatı olacaqdır.
Kövsər Tağıyev:
Allaha və Rəsuluna iman edin və sizə verdiyi maldan (Allah yolunda) xərcləyin. Sizdən iman edib (Allah yolunda) xərcləyənlər ki var, onlar üçün böyük bir mükafat var.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha və Onun peyğəmbərinə iman gətirin və Onun sizin ixtiyarınıza verdiyi (mallardan Allah yolunda) xərcləyin. Sizlərdən iman gətirib xərcləyənlər üçün böyük bir mükafat vardır.
Sabirə Dünyamalıyeva:
Allaha və Elçisinə inanın. Sizi, sonradan sahibi etdiyi şeylərdən Allah yolunda xərcləyin/əvvəla öz yaxınlarınız olmaqla başqalarının ehtiyaclarını təmin edin. Sizlərdən inanan və xərcləyən kəslər üçün çox böyük əvəz vardır.