Əlixan Musayev:
Ola bilsin ki, Allah sizinlə ədavət bəslədiyiniz kimsələr arasında dostluq yaratsın. Allah (hər şeyə) Qadirdir. Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz kimsələr (Məkkə müşrikləri) arasında (onları islam dininə gətirməklə) dostluq (məhəbbət) yaratsın. Allah (hər şeyə) qadirdir. Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Может быть, Аллах установит дружбу между вами и теми, с кем вы враждуете. Аллах — Всемогущий. Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Ola bilsin ki, Allah sizinlə düşmənləriniz arasında bir sevgi (dostluq) yaratsın. Allah hər şeyə qadirdir. Allah bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Allahın sizinlə və onlardan düşmən olduğunuz kimsələr arasında dostluq yaratmasına ümid edilir. Allah Qadirdir (hər şeyə gücü çatandır). Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Ola bilsin ki, etsin Allah sizinlə və o kəslərin ki, siz onlarla
düşmənçilik edirsiniz, aranızda məhəbbət. Allah Qadirdir!
Allah Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Ola bilsin ki, Allah sizin və düşmənçilik etdiyiniz kəslərin (Məkkə kafirlərinin) arasında (Məkkənin fəthində onların İslama gəlmələri ilə) dostluq bərqərar etsin və Allah qadirdir. Allah bağışlayan və rəhm edəndir.
Kövsər Tağıyev:
Ola bilsin ki, Allah sizinlə onlardan düşmən olduğunuz kimsələr arasına bir sevgi (və yaxınlıq) qoyar. Allah haqqı ilə gücü yetəndir. Allah çox bağışlayandır, çox mərhəmətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz kəslər arasında məhəbbət yarada. Axı Allah hər şeyə qadirdir, Allah bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Ola bilsin ki, Allah, sizlərlə, onlardan [onların içindən] düşmənçilik etdiyiniz kəslər arasında bir məhəbbət meydana gətirsin. Allah, ən yaxşı gücü çatandır. Və Allah, çox bağışlayandır, çox rəhm edəndir.