Təhrim Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey kafir olanlar! Bu gün üzr diləməyin. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!
Bünyadov-Məmmədəliyev:
(Kafirlər cəhənnəm oduna atıldıqları zaman onlara belə deyiləcəkdir: ) “Ey kafir olanlar! Bu gün heç bir üzrxahlıq etməyin. Siz ancaq (dünyada) törətdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!”
Elmir Quliyev :
О те, которые не уверовали! Не оправдывайтесь сегодня. Вам воздают только за то, что вы совершали.
Ələddin Sultanov:
(Ora girənlərə belə deyilər:) “Ey kafirlər, bu gün üzrxahlıq etməyin! Siz yalnız etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz”.
Kerbelayi Malik ağa:
Ey inkar edənlər! O gün üzr diləməyin. Siz yalnız etmiş olduğunuz əməllərin qarşılığı olaraq cəzalandırılacaqsınız.
Ələsgər Musayev:
Ay o kəslər ki, kafirsiniz! Bu gün üzr istəməyin. Həqiqətən, sizə cəza olunur ki, əməl etmisiniz!
A.Mehdiyev və D.Cəfərli:
(O gün deyiləcəkdir:) «Ey kafirlər, bu gün üzr gətirməyin. Siz ancaq (dünyada) etdiyiniz əməllərə görə cəzalandırılırsınız, yaxud o əqidə əməllərin eynilə təcəssüm olması bu gün sizin cəzanızdır».
Kövsər Tağıyev:
Ey inkar edənlər! Bu gün üzrxahlıq etməyin! Siz ancaq etdiklərinizin qarşılığını görürsünüz.
M.Qənioğlu və T.Bilaloğlu:
(Kafirlərə deyiləcək): "Ey küfr edənlər! Bu gün üzr istəməyin, sizə ancaq tutduğunuz əməllərin cəzası verilir."
Sabirə Dünyamalıyeva:
Ey kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etmiş kəslər]! Bu gün heç bir üzrxahlıq etməyin. Siz ancaq əməllərinizin cəzasını çəkəcəksiniz!