Nuh Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sən onları bağışlayasan deyə mən hər dəfə onları (imana) dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, (küfrlərində) israr edir ötkəm-ötkəm təkəbbürlənirdilər.
Bünyadov-Məmmədəliyev:
Sənin onları bağışlamağın üçün mən zaman onları (imana) dəvət etdimsə, onlar (dəvətimi eşitməsinlər deyə) barmaqlarını qulaqlarına tıxadılar, (məni görməsinlər deyə) libaslarına büründülər, (küfrlərində) israr edib durdular təkəbbür göstərdilər.
Elmir Quliyev :
Каждый раз, когда я призывал их, чтобы Ты простил их, они затыкали пальцами уши и укрывались одеждами. Они упорствовали и надменно превозносились.
Ələddin Sultanov:
Hər dəfə onları bağışlayasan deyə mən onları (haqq yola) dəvət etdiyimdə, barmaqlarını qulaqlarına tıxadılar, (məni görməmək üçün) paltarlarına büründülər, dirəndilər çox təkəbbürləndilər.
Kerbelayi Malik ağa:
Sənin onları məğfirət etməyin üçün mən hər dəfə onları dəvət etdikdə barmaqlarını qulaqlarına tıxadılar (görməmək üçün) libaslarına büründülər (bu davranışlarında) israr etdilər təkəbbürlük göstərdilər.
Ələsgər Musayev:
Mən külli ki, dəvət etdim onları, bağışlamağın üçün onları, onlar barmaqlarını qulaqlarına qoyub paltarları ilə özlərini örtdülər israr edərək təkəbbürcəsinə təkəbbürlük etdilər.
A.Mehdiyev və D.Cəfərli:
«Sənin onları bağışlamağın üçün mən vaxt onları dəvət etdimsə barmaqlarını qulaqlarına tıxadılar, libaslarını başlarına çəkdilər, (etiraz edərək inadla) israr etdilər şiddətlə təkəbbür göstərdilər».
Kövsər Tağıyev:
“Şübhəsiz, sən onları bağışlayasan deyə mən hər dəfə onları dəvət edəndə barmaqların qulaqlarına tıxadılar, libaslarına büründülər, inanmamaqda inad etdilər böyük bir təkəbbür göstərdilər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onları bağışlayasan deyə (imana) çağırdıqca onlar barmaqlarını qulaqlarına qoydular paltarları ilə üzlərini örtüb inad göstərdilər çox təkəbbür etdilər.
Sabirə Dünyamalıyeva:
şübhəsiz ki, mən onları, Sənin onları bağışlamağın üçün hər dəfə dəvət edəndə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, inadkarlıq etdilər təkəbbür göstərdilər.