Cin Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar da siz zənn etdiyiniz kimi, elə düşünürdülər ki, Allah ölənləri diriltməyəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Onlar (o insanlar) da siz (cinlər, yaxud o cinlər siz insanlar) təkin elə güman edirdilər ki, Allah heç kəsi (öləndən sonra) diriltməyəcəkdir.
Elmir Quliyev :
Они думали так же, как и вы, что Аллах никого не воскресит.
Ələddin Sultanov:
Onlar da sizin kimi Allahın heç kəsi təkrar diriltməyəcəyini zənn etmişdilər.
Kerbelayi Malik ağa:
Onlar da sizin zənn etdiyiniz kimi Allahın heç kimi yenidən diriltməyəcəyini zənn etdilər.
Ələsgər Musayev:
Həqiqətən, onlar zənn etdilər, qədər siz zənn etmişdiniz ki, Allah heç vaxt bir kəsi qaldırmayacaq.
A.Mehdiyev və D.Cəfərli:
«Onlar (müşrik insanlar da) siz (cinlər) güman etdiyiniz kimi güman etdilər ki, əsla Allah bir kəsi (bəşər üçün peyğəmbərliyə) seçməyəcək, (yaxud heç bir kəsi «məad» üçün) diriltməyəcəkdir».
Kövsər Tağıyev:
“Həqiqətən, onlar da sizin sandığınız kimi Allahın heç kimi öldükdən sonra yenidən diriltməyəcəyini zənn etmişdilər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar da siz düşündüyünüz kimi elə zənn edirdilər ki, Allah heç kimi diriltməyəcəkdir.
Sabirə Dünyamalıyeva:
Həqiqətən onlar sizin inandığınız kimi, Allahın əsla heç kəsi peyğəmbər göndərməyəcəyinə/diriltməyəcəyinə inanmışdılar.