İnfitar Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O ki, səni yaradıb kamilləşdirdi sənə gözəl bir surət verdi.
Bünyadov-Məmmədəliyev:
O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı.
Elmir Quliyev :
Который сотворил тебя и сделал твой облик совершенным, соразмеренным?
Ələddin Sultanov:
O (Rəbbin) ki, səni yaratdı, sənə düzgün bir surət verdi səni (bədən üzvlərini) nizama saldı.
Kerbelayi Malik ağa:
O sənin Rəbbin ki, səni yaratdı, sonra səni dizayn etdi, sonra da düzəldib şəkilləndirdi.
Ələsgər Musayev:
Odur ki, xəlq etdi səni səni rəşd kamala yetirdi səni ədalı etdi?
A.Mehdiyev və D.Cəfərli:
O Allah ki, səni yaratdı bədəninin üzvlərini (hər bir üzvü lazımi hikmətinə uyğun olaraq öz münasib yerində) düzəltdi nizamladı (lazımi işi ifa etmək üçün üzvlər arasında uyğunluq ahəngdarlıq icad etməklə) qaydaya saldı sahmanladı.
Kövsər Tağıyev:
Səni xəlq edən, sənə surət verib ölçülü edən,
M.Qənioğlu və T.Bilaloğlu:
(O Rəbbinə) ki, səni xəlq edib, düzəldib bir biçimə salıbdır.
Sabirə Dünyamalıyeva:
səni əmələ gətirən, sonra da sənə bir nizam daxilində surət verən, sonra da səni tarazlayan,