Əlixan Musayev:
(Əlbəttə, )Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!
Elmir Quliyev
:
кроме того, что пожелает Аллах. Он знает явное и то, что сокрыто.
Ələddin Sultanov:
Allahın istədiyi bundan istisnadır! Şübhəsiz ki, O, aşkar olanı da, gizli olanı da bilir.
Kerbelayi Malik ağa:
Əlbəttə bu Allahın dilədiyi şeydir. Şübhəsiz ki, O, açıq və gizli olanı bilir
Ələsgər Musayev:
ancaq ki, istəyə Allah.
Həqiqətən, O bilir aşkarı və nə ki, məxfidir!
A.Mehdiyev və D.Cəfərli:
Allahın istədiyindən başqa (ki, əsla istəməz də, lakin Onun qüdrəti daim məhfuzdur), həqiqətən, O, aşkar olanı da, gizli olanı da bilir.
Kövsər Tağıyev:
Ancaq Allahın diləməsi istisnadır. Şübhəsiz, O, açıq olanı da bilir, gizlini də.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın istədiklərindən başqa. Axı O, aşkarı da, gizli saxlananı da bilir!
Sabirə Dünyamalıyeva:
Ancaq Allah istədiyindən başqa. Şübhəsiz ki, O, aşkarı da bilir, gizlini də.