Tin Surəsi 7. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bundan sonra dini yalanlamağa səni məcbur edir?
Bünyadov-Məmmədəliyev:
(Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?!
Elmir Quliyev :
Что же после этого заставляет тебя считать ложью воздаяние?
Ələddin Sultanov:
Bəs daha sonra haqq-hesabı (axirəti) təkzib etməyə səni vadar edən nədir?
Kerbelayi Malik ağa:
(Ey insan!) Elə isə bundan sonra sənə dini yalan saymağa vadar edən nədir?
Ələsgər Musayev:
Nədir yalan saydıran səni sonra din ilə?
A.Mehdiyev və D.Cəfərli:
Belə isə (ey insan), bundan sonra səni cəza (gününü) təkzib etməyə vadar edən nədir?!
Kövsər Tağıyev:
(Ey insan!) Belə olduğu halda hesab cəzanı inkar etməyə səni vadar edir?
M.Qənioğlu və T.Bilaloğlu:
Bundan sonra (ey insan), dini yalan saymağa səni vadar edir?
Sabirə Dünyamalıyeva:
Elə isə, bundan sonra dini/qiyamət gününü yalanlamağa səni məcbur edən nedir?