Hicr Surəsi 70. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Məgər biz sənə (bura gələn) adamları (qonaq saxlamağı) qadağan etməmişik?”
Bünyadov-Məmmədəliyev:
Onlar: “Məgər biz sənə (şəhərimizə gələn) adamları (himayə etməyi, onları qonaq saxlamağı) qadağan etmədikmi?” deyə soruşdular.
Elmir Quliyev :
Они сказали: "Разве мы не запрещали тебе укрывать людей?"
Ələddin Sultanov:
Onlar dedilər: “Sənə camaatın işinə qarışmağı qadağan etməmişdikmi?”
Kerbelayi Malik ağa:
‘Biz sənə başqalarının işinə qarışmağı qadağan etmədikmi?’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Ə, biz səni qadağan etmədikmi bütün aləmlərdən?
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Məgər sənə dünya adamlarını (onları dəvət etməyi, sığınacaq verməyi onları qonaq etməyi) qadağan etməmişik?!»
Kövsər Tağıyev:
Onlar: “Biz sənə adamlarla maraqlanmağı qadağan etməmişdikmi?” dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər “Məgər biz sənə adamları (qonaq saxlayıb qorumağı) qadağan etməmişik?”
Sabirə Dünyamalıyeva:
Onlar: "Biz sənin dünya ilə; ətrafla əlaqəni qadağan etməmişdikmi?" dedilər.