Əlixan Musayev:
Biz, Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə (minik üstündə) daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik.
Bünyadov-Məmmədəliyev:
Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik. (İnsan şüur, nitq qabiliyyəti, gözəl surət, boy-buxun, əllə yemək və s. bu kimi məziyyətlərinə görə həmişə Allaha şükür edib yalnız Ona tapınmalı, Rəbbinə heç bir şərik qoşmamalıdır!)
Elmir Quliyev
:
Мы почтили сынов Адама и позволяем им передвигаться по суше и морю. Мы наделили их благами и даровали им явное превосходство над многими другими тварями.
Ələddin Sultanov:
Şübhəsiz, Adəm oğullarını (bir çox nemətlər verməklə) şərəfləndirdik. Onları (müxtəlif minik vasitələri ilə) quruda və dənizdə daşıdıq. Onlara təmiz və gözəl ruzilər verdik. Onları yaratdıqlarımızın bir çoxundan üstün etdik.
Kerbelayi Malik ağa:
And olsun ki, Adəmoğlunu kərəm sahibi (şərəfli) etdik. Onları quruda və dənizdə daşıdıq. Onlara halal şeylərdən ruzi verdik və onları yaratdıqlarımızın çoxundan fəzilət baxımından üstün etdik.
Ələsgər Musayev:
Biz Adam oğullarını
kəramətli etdik və onları quruda və dəryada daşıdıq və ruzi
verdik onlara paklıqla və fəzilətli etdik onları fəzilətli xəlq
etdiklərimizin əksəriyyəti üzərində.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə (hər birinə münasib miniklərə) mindirdik, onlara müxtəlif paklardan (təbiətlərinə uyğun olan şeylərdən) ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan (canlılardan, cinlərdən və mələklərin bir çoxundan) tam üstün etdik.
Kövsər Tağıyev:
And olsun, biz Adəm övladını şərəfli etdik. Onları quruda və dənizdə daşıdıq. Onlara ən gözəl və təmiz şeylərdən ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan üstün etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Adəm övladlarına lütfkarlıq göstərdik, onları quru ilə və dənizlə apardıq, onlara pak ruzilər verdik və onları xəlq etdiklərimizin çoxundan üstün tutduq.
Sabirə Dünyamalıyeva:
Və and olsun ki, Biz insan övladını şan və şərəf sahibi etdik və quruda, dənizdə nəqliyyat vasitələrinə mindirdik və təmiz-xoş yeməklərdən onlara ruzi verdik. Və onları, əmələ gətirdiklərimizin bir çoxundan xeyli artıq etdik.