Əlixan Musayev:
Sehrbazlar səcdəyə qapanıb dedilər: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!”
Bünyadov-Məmmədəliyev:
(Musa əsasını yerə atan kimi o bir əjdahaya dönüb sehrbazların iplərini, kəndirlərini və dəyənəklərini yerli-dibli uddu). Nəhayət, sehrbazlar: “Biz Harunun və Musanın Rəbbinə (rəbbül-aləminə) iman gətirdik!” – deyib səcdəyə qapandılar.
Elmir Quliyev
:
Колдуны пали ниц и сказали: "Мы уверовали в Господа Харуна (Аарона) и Мусы (Моисея)!"
Ələddin Sultanov:
Bu zaman sehrbazlar səcdəyə qapanıb: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!” - dedilər.
Kerbelayi Malik ağa:
Bunun üzərinə sehrbazlar səcdə edərək yerə qapandılar. Biz: ‘Harun və Musanın Rəbbinə iman etdik.’ dedilər.
Ələsgər Musayev:
Sehrkarlar üzü üstə səcdəyə
düşüb dedilər: «Biz inandıq Harunun və Musanın Rəbbinə!»
A.Mehdiyev və D.Cəfərli:
(Musa əsanı atdı və o, əjdaha şəklinə düşüb hər şeyi uddu.) Beləliklə sehrbazlar səcdə halında üzü üstə yerə düşüb «Musanın və Harunun Rəbbinə iman gətirdik» dedilər.
Kövsər Tağıyev:
(Musanın əsası sehrbazların iplərini və dəyənəklərini udduqda) sehrbazlar dərhal səcdəyə qapandılar və: “Harunun və Musanın Rəbbinə iman etdik”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Sehrbazlar səcdəyə gətirildilər. Onlar dedilər. “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!"
Sabirə Dünyamalıyeva:
Axırda bütün nüfuzlu alimlər, "Musa ilə Harunun Rəbbinə iman etdik" demək surətiylə boyunlarını əyib təslim olmuş vəziyyətdə qaldılar.