Ənbiya Surəsi 70. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq.
Bünyadov-Məmmədəliyev:
Onlar (İbrahimə) hiylə qurmaq istədilər, lakin Biz onları (cürbəcür müsibətlərə düçar etməklə, xüsusilə üstlərinə ətlərini yeyib qanlarını içən həşərat göndərməklə) daha çox ziyana uğratdıq.
Elmir Quliyev :
Они хотели навредить ему, но Мы сделали так, что они оказались в наибольшем убытке.
Ələddin Sultanov:
Onlar İbrahimə hiylə qurmaq istədilər. Ancaq Biz onları daha çox ziyana düşmüş bir vəziyyətə saldıq.
Kerbelayi Malik ağa:
Ona hiylə qurmaq istədilər. Lakin Biz onları daha çox hüsrana düşürdük.
Ələsgər Musayev:
İradə etdilər ona fənd ilə etdik Biz onları xəsarətdə olanlar.
A.Mehdiyev və D.Cəfərli:
Onun barəsində hiylə düşündülər. Lakin Biz onları daha çox ziyana uğratdıq (çünki İbrahimə nəinki bir zərər-ziyan toxunmadı, əksinə onların bu əməli onun doğruluğuna qəti bir dəlil oldu).
Kövsər Tağıyev:
Ona belə bir hiylə qurmaq istədilər. Lakin biz onları daha çox ziyana uğrayanlardan etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar ona qarşı məkr işlətmək istədilər. Biz isə onları daha artıq ziyana saldıq.
Sabirə Dünyamalıyeva:
ona bir hiylə qurmaq istədilər, ancaq Biz özlərini daha çox zərərə/itkiyə məruz qalıb əzab çəkən kəslər etdik.