Əlixan Musayev:
Məgər bilmirsən ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu, Yazıda (Lövhi-məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu, Allah üçün asandır.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa (hamısını) bilir? Həqiqətən, bu, (lövhi-məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu (bütün bunları bilmək) Allah üçün asandır!
Elmir Quliyev
:
Разве ты не знаешь, что Аллаху известно то, что на небе и на земле? Воистину, это есть в Писании. Воистину, это для Аллаха легко.
Ələddin Sultanov:
Bilmirsənmi ki, Allah göydə və yerdə olanların hamısını bilir? Həqiqətən, bu, bir kitabda (lövhi-məhfuzda) mövcuddur. Əlbəttə, bu, Allah üçün çox asandır.
Kerbelayi Malik ağa:
Allahın səmada və yerdə olan şeyləri mütləq bildiyini bilmirsənmi? Şübhəsiz ki, bunlar Kitabdadır. Şübhəsiz ki, bunlar Allah üçün asandır.
Ələsgər Musayev:
Ə, bilmirsənmi
ki, Allah bilir nə ki, səmalarda və nə ki, ərzdə var? Həqiqətən,
bu, kitabdadır. Həqiqətən, bu, Allah üçün asandır!
A.Mehdiyev və D.Cəfərli:
Məgər bilmirsən ki, Allah göydə və yerdə olanı bilir?! Əlbəttə onların hamısı bir kitabda (Allahın əzəli elmindən qaynaqlanan Lövhi-Məhfuzda) qeyd olunmuşdur. Şübhəsiz bu, (onları Lövhi-Məhfuzda yazmaq və Qiyamətdə icra etmək) Allaha asandır.
Kövsər Tağıyev:
Bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa hamısını bilir. Şübhəsiz, bunların hamısı bir kitabda (Lövhi-məhfuzda)dır. Həqiqətən, bu, Allah üçün çox asandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər sən Allahın göylərdə və yerdə olanlardan xəbərdar olduğunu bilmirsən? Həqiqətən, bu, Kitabda [Lövhi-məfhuzda]dır və bu, Allah üçün asandır.
Sabirə Dünyamalıyeva:
Bilmirsənmi ki, Allah, göydə və yer üzündə olan şeyləri həqiqətən bilir? Həqiqətən, bu, bir kitabdadır. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.