Nisa Surəsi 70. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bu lütf Allahdandır. Bilən olaraq Allah kifayət edər.
Bünyadov-Məmmədəliyev:
Bu mükafat Allah tərəfindəndir. (Hər şeyi) bilən Allah (sizə) kifayət edər!
Elmir Quliyev :
Такова милость от Аллаха, и довольно того, что Аллах ведает о всякой вещи.
Ələddin Sultanov:
Bu lütf Allahdandır. Hər şeyi bilən olaraq Allah yetər!
Kerbelayi Malik ağa:
Bu fəzl (böyük ehsan) Allahdandır. Allah ‘ən yaxşı bilən olaraq’ kifayət edər.
Ələsgər Musayev:
Bu, fəzldir Allahdan. Kafidir Allah ilə Alimlik!
A.Mehdiyev və D.Cəfərli:
(Həmin şəxslərlə) bu (dostluq) Allah tərəfindən olan bir əta bəxşişdir. Allahın (hər kəsin layiq olduğu dərəcəni ona münasib olan savabı) bilməsi kifayətdir.
Kövsər Tağıyev:
Bu lütf Allahdandır. Haqqı ilə bilən olaraq Allah yetər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu lütf Allahdandır. Hər şeyin bilicisi olaraq Allah (sizə) kifayətdir.
Sabirə Dünyamalıyeva:
Bu, Allahdan bir bəxşişdir. Ən yaxşı bilən olaraq Allah bəs edər.