Hud Surəsi 71. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onun arvadı (pərdə arxa­­sında) durmuşdu. O, güldü. Biz onu İshaqla, (İshaqın) ardınca da Yaqubla müjdələdik.
Bünyadov-Məmmədəliyev:
(İbrahimin) arvadı (Sara pərdə arxasında) durmuşdu (və ya qonaqlara qulluq edirdi). O (bu sözləri eşidib Lut tayfasının başına gələcək müsibətdən qafil olduğuna sevinərək ya qoca yaşında oğlu olacağına təəccüblənərək) güldü. Bundan sonra Biz onu İshaqla, İshaqın da ardınca Yəqubla (İshaqın, ondan sonra Yəqubun dünyaya gələcəyi ilə) müjdələdik.
Elmir Quliyev :
Жена его, стоявшая за завесой, рассмеялась. Тогда Мы сообщили ей радостную весть об Исхаке (Исааке), а вслед за Исхаком (Исааком) о Йакубе (Иакове).
Ələddin Sultanov:
(İbrahimin) zövcəsi orada idi (bunu eşidəndə) güldü. Beləcə, onu (zövcəsi Saranı) İshaqla, İshaqın ardınca da Yaqubla müjdələdik.
Kerbelayi Malik ağa:
Ayaqda duran xanımı, bunun üzərinə gülümsədi. O zaman onu, İshaq ilə İshaqın arxasınca Yaqub ilə müjdələdik.
Ələsgər Musayev:
Arvadı onun ayaq üstə durmuşdu, onu gülmək tutdu. Biz bəşarət verdik ona Ishaqla Ishaqdan sonra Yəqubu.
A.Mehdiyev və D.Cəfərli:
Onun zövcəsi ayaq üstə durmuşdu. Beləliklə o, (sirli qonaqlar mələk çıxdıqları üçün) sevincindən güldü. Beləliklə ona İshaq (adlı oğulla) İshaqın ardınca Yəqub (adlı nəvə) ilə müjdə verdik.
Kövsər Tağıyev:
İbrahimin arvadı ayaq üstə idi. (Bu sözləri eşidəndə) güldü. Ona da İshaqı, İshaqın ardınca da Yaqubu müjdələdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Onun arvadı [Sara] isə ayaq üstə (xidmət edirdi). O (bu sözlərə) güldü. Biz onu İshaqın, İshaqın ardınca isə Yaqubun (anadan olacağı) xəbəri ilə müjdələdikdə
Sabirə Dünyamalıyeva:
İbrahimin qadını ayaq üstündəydi, güldü. Sonra ona İshaqı, İshaqın ardınca da Yəqubun müjdəsini verdik.