Əlixan Musayev:
(Musa) dedi: “(Allah) buyurur ki, o, nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir. O, sağlamdır və onda (heç bir) ləkə-qüsur yoxdur”. Onlar: “İndi sən əsl həqiqəti bildirdin!”– dedilər və onu kəsdilər. Halbuki az qala (bunu) yerinə yetirməyəcəkdilər.
Bünyadov-Məmmədəliyev:
(Musa) dedi: “(Rəbbiniz) buyurur ki, o (heç kəsə) ram olmayıb boyunduruq götürməyən, tarla sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz (sapsarı) bir inəkdir”. (Bu zaman) onlar: “İndi işi həqiqətə gətirib çıxartdın”, -dedilər və onu (inəyi tapıb) kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər.
Elmir Quliyev
:
Он сказал: "Он говорит, что эта корова не приучена пахать землю или орошать ниву. Она здорова и не имеет отметин". Они сказали: "Теперь ты принес истину". Затем они зарезали ее, хотя были близки к тому, чтобы не сделать этого.
Ələddin Sultanov:
Musa dedi: “Allah buyurur ki, o, boyunduruq götürməyən, yer sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz bir inəkdir”. (Bu zaman) onlar: “İndi həqiqəti söylədin”, - dedilər. Beləcə, onu (inəyi tapıb) kəsdilər. Az qala bunu etməyəcəkdilər.
Kerbelayi Malik ağa:
(Musa ə.s) dedi ki: ‘(Allah) buyurur ki, o mütləq boyunduruq altına alınmamış bir inəkdir. Yeri şumlamaz, əkin sulamaz, qüsursuzdur, onda ləkə yoxdur. Dedilər ki: ‘Məhz indi işi həqiqətə gətirib çıxartdın.’ Bunun üzərinə onu (tapıb) kəsdilər. Az qalsın bunu etməyəcəkdilər.
Ələsgər Musayev:
Dedi: «Həqiqətən O deyir:
“Həqiqətən, o inək ram olmayıb, seyr etməyib ərzi və
sulamayıb əkini. Salimdir yoxdur eyib onda”». Dedilər: «Indi
gəldin haqq ilə». Və kəsdilər onu və hazır deyildilər
fəaliyyətlərinə.
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Rəbbiniz deyir ki, o, yer şumlamaq və əkin yerini suvarmaq üçün ram olmayan dişi bir inəkdir, sağlamdır (nə bir nöqsanı var və nə də bir iş görüb) və onda əsl rənginə zidd olan rəng ləkəsi yoxdur.» Dedilər: «İndi (bu məsələ barəsində) həqiqəti gətirdin». Beləliklə, onun (inəyin) başını kəsdilər, (hərçənd ki,) elə etməyə razı deyildilər.
Kövsər Tağıyev:
Musa belə dedi: “Rəbbim deyir ki, o, tarla sürmək, əkin sulamaq üçün boyunduruq altına salınmamış, qüsursuz, heç ləkəsi olmayan bir inəkdir”. Onlar: “Bax indi doğrusunu bildirdin”, – dedilər. Nəhayət, o inəyi kəsdilər. Az qalmışdı ki, bunu etməsinlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa dedi: "Buyurur ki, o nə yer şumlamaq üçün, nə də tarla suvarmaq üçün ram edilmiş bir inəkdir. O, sərbəst buraxılmış, ləkəsiz bir inəkdir." Onlar: "Hə, indi haqqı dedin !" dedilər və onu kəsdilər. Halbuki az qala bunu etməyəcəkdilər.
Sabirə Dünyamalıyeva:
Musa dedi: "Həqiqətən, Rəbbim deyir ki: O inək, zəlil olmayan/cütə qoşulmayan, yer şumlamayan, əkin suvarmayan, azad gəzən və heç ləkəsi olmayan bir inəkdir." Onlar dedilər: "Bax indi əsl həqiqəti bildirdin!" Nəhayət, onu kəsdilər. Amma az qalmışdı ki, [bu işi] yerinə yetirməyəcəkdilər.[#333]