Əlixan Musayev:
(Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz Ona iman gətirdiniz? Şübhəsiz ki, O sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!”
Bünyadov-Məmmədəliyev:
O (Firon), dedi: “Mən sizə izin verməmişdən əvvəl siz Ona iman gətirdiniz, çünki O, əslində sizə sehr öyrədən böyüyünüzdür. (Heç eybi yoxdur). Mən də sizin əl-ayağınızı çarpaz kəsdirib xurma ağaclarının kötüklərindən asacağam. Onda hansımızın (mən Fironun, yoxsa Musanın Allahının) əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!”
Elmir Quliyev
:
Фараон сказал: "Неужели вы поверили ему без моего соизволения? Воистину, он — старший из вас, который научил вас колдовству. Я отрублю вам руки и ноги накрест и распну вас на пальмовых стволах. Вот тогда вы узнаете, чье наказание суровее и долговечнее".
Ələddin Sultanov:
(Firon) dedi: “Mən sizə icazə verməmiş ona iman gətirdiniz. Şübhəsiz ki, o, sizə sehri öyrədən böyüyünüzdür. Ona görə də mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcəyəm və sizi xurma ağaclarının kötüklərindən asdıracağam. O zaman hansımızın əzabının daha şiddətli və daimi olduğunu biləcəksiniz!”
Kerbelayi Malik ağa:
(Firon): ‘Mən sizə izn vermədən əvvəl ona iman etdiniz? Şübhəsiz ki, O, həqiqətən sizə sehr öyrədən sizin böyüyünüzdür. Bu vəziyyətdə mütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsəcəm. Sizi mütləq xurma ağacından asacam. Beləcə hansımızın əzabı daha şiddətli və daha baqidir (qalıcı imiş) həqiqətən biləcəksiniz.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Siz ona inandınız ondan qabaq ki, mən sizə izn
verəm? Həqiqətən, o, sizin böyüyünüz olan o kəsdir ki, sizə
sehr öyrədir. Mən sizin əlinizi və ayağınızı tərsinə kəsdirib və
sizi xurma ağacının gövdəsində səlibə çəkdirəcəyəm, ta
biləsiniz ki, hansımızın əzabı şiddətli və həmişəlikdir!»
A.Mehdiyev və D.Cəfərli:
Firon dedi: Mən sizə icazə verməmiş ona iman gətirdiniz?! Şübhəsiz, o, sizə sehr öyrətmiş böyüyünüz və başçınızdır. Buna görə də sizin əl və ayaqlarınızı çarpaz kəsəcək və sizi xurma ağacının gövdələrindən asacağam. Və (onda) bizlərdən hansı birimizin (mənim yoxsa Musanın Allahının) əzabının ağır və davamlı olmasını başa düşəcəksiniz.
Kövsər Tağıyev:
Firon: “Deməli mən sizə izin verməzdən əvvəl ona (Musaya) iman etdiniz (eləmi?). Şübhə yoxdur ki, o sizə sehri öyrədən böyüyünüzdür. And olsun, indi sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsəcəyəm və mütləq sizi xurma ağacının budaqlarından asacağam. Hansımızın əzabının daha şiddətli və daha qalıcı olduğunu mütləq biləcəksiniz”.
M.Qənioğlu və T.Bilaloğlu:
Firon dedi: "Necə ola bilər ki, mən sizə icazə verməzdən əvvəl ona inandınız? Axı o, sizə sehrbazlığı öyrədən böyüyünüzdür. Mən sizin hamınızın əllərini və qıçlarını çarpaz kəsərəm, sizi xurma ağacının gövdəsində çarmıxa çəkərəm və onda siz kimin daha şiddətli və uzun müddətli əzab verən olduğunu bilərsiniz".
Sabirə Dünyamalıyeva:
Firon: "Mən sizə izin vermədiyim halda ona iman gətirdiniz? Şübhəsiz ki, o, sizə təsirli elmi öyrədən böyüyünüzdür. And olsun ki, müqavilələri; öhdəlikləri ləğv etdirip, sonra da hamınızı qətiliklə rahat mühitdən; şəhərdəki işinizdən, memuriyetinizden çıxarıb xurma tarlalarında kənd təsərrüfatı işlərində işlədəcəyiniz; daş ocaqlarında işlədəcəyiniz; çətin işlərdə işlədərək yağınızı çıxaracağam; iliğinize sömüreceğim!. Və hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu həqiqətən biləcəksiniz" dedi.