Əlixan Musayev:
Onlar Allahı qoyub, haqqında heç bir dəlil nazil edilməyən və üstəlik özlərinin də bilmədikləri bir şeyə ibadət edirlər. Zalımlara kömək edən olmaz.
Bünyadov-Məmmədəliyev:
(Müşriklər) Allahı qoyub elə bir şeyə ibadət edərlər ki, (Allah Ona ibadət edilməsi haqda) heç bir dəlil nazil etməmişdir. Və (müşriklərin) ona dair heç bir biliyi də (dəlili-sübutu da) yoxdur. Zalımlara (müşriklərə) heç bir yardım edən olmaz!
Elmir Quliyev
:
Они поклоняются вместо Аллаха тому, о чем Он не ниспослал никакого довода, о чем у них нет никакого знания. Не будет у беззаконников помощников!
Ələddin Sultanov:
Onlar Allahı qoyub, Onun heç bir dəlil nazil etmədiyi və özlərinin də heç bir bilgiləri olmadığı şeylərə ibadət edirlər. Zalımların heç bir yardımçısı yoxdur.
Kerbelayi Malik ağa:
(Onlar) özlərinə bir sultan (dəlil) endirilməyən Allahdan başqa şeylərə ibadət edirlər. Onların ona aid elmləri yoxdur. Zalımlar üçün köməkçi də yoxdur.
Ələsgər Musayev:
İbadət
edirlər Allahdan başqasına ki, nazil etməyib onunla sultanlıq
və onun barəsində elmləri yoxdur. Zalimlər üçün yardım edən
yoxdur.
A.Mehdiyev və D.Cəfərli:
Onlar Allahın yerinə barəsində Allahın dəlil-sübut nazil etmədiyi və haqqında (tanrı və rəbb olmasına, Allaha yaxın olmasına və şəfaət edəcəyinə) özlərinin də elmləri olmayan (və yalnız gümana və keçmişlərinə təqlidə əsaslanan) bir şeyə ibadət edirlər. Zalımların əsla yardımçısı yoxdur.
Kövsər Tağıyev:
Onlar Allahı buraxıb haqqında Allahın heç bir dəlil endirmədiyi, özlərinin də heç bir biliyə sahib olmadıqları şeylərə qulluq edirlər. Zalımların heç bir yardımçısı yoxdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar Allahı qoyub o şeyə ibadət edirlər ki, Allah ona heç bir dəlil endirməmişdir. Onların bu barədə xəbərləri də yoxdur. Haqsızlara kömək edən olmaz.
Sabirə Dünyamalıyeva:
Və onlar, Allahın altındakılardan elə şeylərə ibadət edirlər ki, Allah onların barəsində heç bir dəlil nazil etməmişdir, özlərində də onlara dair heç bir məlumat yoxdur. Və şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlərin heç bir yardımçısı yoxdur.