Yasin Surəsi 71. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər onlar görmürlər ki, (Biz) onlardan ötrü sahib olduqları mal-qaranı Öz əllərimizlə yaratmışıq?
Bünyadov-Məmmədəliyev:
Məgər (Məkkə müşrikləri) Bizim Öz əllərimizlə (Öz qüdrətimizlə) onlar üçün davarlar yaratdığımızı özlərinin onlara sahib olduqlarını görmürlərmi?!
Elmir Quliyev :
Неужели они не видят, что из того, что совершили Наши руки (Мы Сами), Мы создали для них скот, и они им владеют?
Ələddin Sultanov:
Onlar üçün sahib olduqları heyvanları Öz qüdrətimizlə yaratdığımızı görmədilərmi?
Kerbelayi Malik ağa:
Əllərimizlə etdiyimiz şeylərdən onlar üçün heyvanları necə xəlq etdiyimizi görmədilərmi? Onlar beləcə onlara (heyvanlara) sahib olarlar.
Ələsgər Musayev:
Ə, onlar görməzlərmi, Biz xəlq etdik onlar üçün əllərimizlə əmələ gətirdiyimiz davarlardan onlar ona sahib olurlar?
A.Mehdiyev və D.Cəfərli:
Məgər Bizim (qüdrət) əllərimizin yaratdıqlarıından (ilk maddələrdən canlıların vücud mənbəyindən) onlar üçün heyvanlar xəlq etdiyimizi özlərinin onlara malik sahib olduqlarını görmürlərmi !?
Kövsər Tağıyev:
(Əqli fikri baxımdan) diri olanları xəbərdar etməsi kafirlər haqqındakı o sözün (əzabın) gerçəkləşməsi üçün Qur`anı endirdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar üçün Öz əllərimizlə mal-heyvan yaratdığımızı özlərinin buna sahib olduqlarını görmürlərmi?
Sabirə Dünyamalıyeva:
onlar görmürlərmi ki, Biz, şübhəsiz ki, onlar üçün qüdrətimizlə meydana gətirdiklərimizdən bəzi heyvanlar yaratdıq, onlar da onlara sahib oldular.