Nisa Surəsi 71. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin, (düşmənə qarşı) ya bölüklərlə, ya da hamınız birgə çıxın.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Ehtiyatı əldən verməyib silahınızı götürün (düşmənə qarşı cihada) ya dəstə-dəstə, ya da hamınız bir yerdə çıxın!
Elmir Quliyev :
О те, которые уверовали! Соблюдайте осторожность и выступайте отрядами или же выступайте все вместе.
Ələddin Sultanov:
Ey iman gətirənlər, tədbirinizi alın dəstə-dəstə, yaxud hamılıqla (cihada) çıxın!
Kerbelayi Malik ağa:
Ey amənu olanlar (Allaha təslim olmağı diləyənlər)! Silahlarınızı alın. Artıq bölük-bölük ya birgə döyüşə çıxın.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Götürün ehtiyatınızı çıxın dəstə ilə, ya cəmiyyən.
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, (din düşmənləri qarşısında) öz hazırlığınızı qoruyaraq silahlarınızı götürün. Beləliklə (şəraitə uyğun olaraq) dəstə-dəstə ya hamılıqla hərəkət edin köçün.
Kövsər Tağıyev:
Ey iman edənlər! (Düşmənə qarşı) hazırlığınızı görüb, kiçik dəstələr halında ya da toplu halda savaşa gedin.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! (Düşmənə qarşı) ehtiyatlı olun! Ya bölük-bölük döyüşə girin, yaxud hamılıqla hərəkət edin!
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Tədbirinizi alın, sonra da onlara qarşı ya kiçik dəstələr halında səfərə çıxın ya hamınız birlikdə səfərə çıxın.