Yunus Surəsi 72. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər üz çevirsəniz, (bilin ki,) mən sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mənə müsəlmanlardan olmaq əmr edil­­mişdir”.
Bünyadov-Məmmədəliyev:
Əgər siz (mənim öyüd-nəsihətimdən, dəvətimdən) üz çevirsəniz, (bilin ki) mən (bunun müqabilində) sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan (özünü Allaha təslim edənlərdən) olmaq əmr edilmişdir!”
Elmir Quliyev :
Но если вы отвернетесь, то ведь я не просил у вас награды. Меня вознаградит только Аллах, и мне велено быть одним из мусульман".
Ələddin Sultanov:
Əgər (haqdan) üz çevirsəniz, onsuz da mən sizdən heç bir mükafat istəmirəm. Məni yalnız Allah mükafatlandırar. Mənə, müsəlmanlardan olmağım əmr olunmuşdur”.
Kerbelayi Malik ağa:
Artıq əgər dönsəniz, sizdən bir ücrət istəmirəm. Mənim ücrətim (varsa) yalnız Allaha aiddir. Mən təslim (müsəlman) olmaqla əmr olundum.
Ələsgər Musayev:
Əgər üz çevirəsiniz mən sizdən əcr istəməmişəm, Həqiqətən, mənim əcrim ancaq üzərinədir Allahın mənə təslim olanlardan olmaq əmr olunmuşdur!»
A.Mehdiyev və D.Cəfərli:
«Buna görə əgər (mənim dəvətimdən) üz döndərsəniz (bu düzgün deyildir, çünki) mən ki, sizdən bir muzd istəməmişəm. Mənim muzdum yalnız Allahın öhdəsinədir mənə (Onun əmrlərinə) təslim olanlardan olmaq əmr edilmişdir».
Kövsər Tağıyev:
Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd, qəlblərə bir şəfa inananlar üçün hidayət rəhmət (olan Qur`an) gəldi.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər (bu öyüd-nəsihətimdən) üz döndərsəniz (döndərin), mən ki, bunun üçün sizdən bir mükafat istəməmişdim. Mənim mükafatım yalnız Allahdadır. Mənə müsəlmanlardan [özünü Allaha təslim edənlərdən] olmaq buyrulmuşdur!"
Sabirə Dünyamalıyeva:
Artıq siz şərikləriniz edəcəksinizsə, yığışıb bütün gücünüzlə qərarlaşdırın. Sonra bu işiniz sizə dərd olmasın. Sonra mənə istədiyinizi edin, mənə möhlət verməyin. Sonra da əgər üz döndərsəniz; onsuz da mən sizdən heç bir muzd istəmirəm! Mənim muzdum yalnız Allaha aiddir. mənə müsəlman olmaq əmr edilmişdir."