Hicr Surəsi 72. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Ey Muhəmməd!) Sənin canına and olsun ki, onlar sərxoş halda veyl-veyl gəzirdilər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Canına and olsun ki, onlar məstlikləri (küfrləri) içində sərgərdan (şaşqın) vəziyyətdə durub qaldılar. (Lutun nəsihətini qəbul etmədilər).
Elmir Quliyev :
Клянусь твоей жизнью! Они слепо блуждали, опьяненные.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Sənin həyatına and olsun ki, həqiqətən, onlar sərxoşluqları (ehtirasları) içində çaşqın bir vəziyyətdə idilər.
Kerbelayi Malik ağa:
Ömrünə and olsun ki; şübhəsiz ki, onlar sərxoşluqları içində tərəddüd edirdilər.
Ələsgər Musayev:
And olsun sənin ömrünə! Həqiqətən, onlar öz məstliklərində kor olaraq azmış halda qalmışdılar.
A.Mehdiyev və D.Cəfərli:
Sənin canına and olsun ki, onlar öz (küfr, günah şəhvət) məstliklərində çaşqın sərgərdan idilər.
Kövsər Tağıyev:
(Mələklər Luta:) “Ömrünə and olsun ki, onlar (şəhvətdən) sərməst olub sərxoşluqları içində qalıblar. (Bu halda əsla səni eşitməzlər)”, dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
(Ey Məhəmməd), sənin canına and olsun ki, onlar məstlik vəziyyətində, (veriləcək əzabdan) qəflətdə gəzib dolaşırdılar.
Sabirə Dünyamalıyeva:
-Sən ömründə bunlar kimi şəhvət çılğınlığı içində çaşıb qalmış rəzil adamları heç görməmisən.-