Əlixan Musayev:
Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi. İndi onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?
Bünyadov-Məmmədəliyev:
Allah sizin üçün özünüzdən (Adəm və Həvvadan, yaxud öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr əmələ gətirdi, pak (halal) nemətlərindən sizə ruzi verdi. Belə olduqda, onlar (müşriklər) batilə inanıb Allahın nemətini inkarmı edirlər?
Elmir Quliyev
:
Аллах сделал для вас супруг из вас самих, даровал вам от них детей, внуков и наделил вас благами. Неужели они веруют в ложь и не веруют в милость Аллаха?
Ələddin Sultanov:
Allah sizin üçün özünüzdən (insan cinsindən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar və nəvələr yaratdı. Təmiz qidalardan da sizə ruzi verdi. Belə olan halda onlar hələ də Allahın nemətini inkar edib batiləmi inanırlar?
Kerbelayi Malik ağa:
Allah sizin üçün sizin nəfsinizdən zövcələr və sizin üçün zövcələrinizdən oğullar və nəvələr yaratdı. Sizə təmiz ruzilər verdi. Hələ onlar batiləmi inanıb Allahın nemətini inkarmı edirlər?
Ələsgər Musayev:
Allah özünüzdən sizin üçün zövclər etdi.
Zövclərinizdən sizə övlad və nəvələr etdi və ruziləndirdi sizi
paklıqla. Ə, onlar batilə inanıb və Allahın nemətinə kafirmi
olurlar?
A.Mehdiyev və D.Cəfərli:
Allah sizin üçün (hurilərdən, qılmanlardan və pərilərdən deyil) özünüzdən (öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən sizin üçün oğullar və nəvələr vücuda gətirdi və sizə (ağıl, din, səmavi kitab, ərzaq, geyim və zövcələr kimi) pak (maddi və mənəvi) şeylərdən ruzi verdi. Belə isə batilə (bütlərə və cahiliyyət adət-ənənələrinə) iman gətirir və Allahın nemətinə küfr edirlər?!
Kövsər Tağıyev:
Allah sizə öz cinsinizdən zövcələr yaratdı. Zövcələrinizdən də oğullar, nəvələr verdi və sizə təmiz şeylərdən ruzi verdi. Belə olduqda, onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?
M.Qənioğlu və T.Bilaloğlu:
Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən isə sizin üçün övladlar və nəvələr yaratdı, sizə xoş, təmiz ruzilər də verdi. Doğrudanmı onlar batilə inanıb Allahın nemətlərini inkar edirlər?
Sabirə Dünyamalıyeva:
Və Allah sizin üçün özünüzdən zövcələr yaratdı, o zövcələrinizdən də oğullar və nəvələr verdi. Sizə xoş, gözəl, faydalı şeylərdən də ruzilər verdi. İndi onlar batilə inanırlar və Allahın nemətini ört-basdırmı edirlər?