Əlixan Musayev:
O zaman siz bir nəfəri öldürmüşdünüz və onun (qatili) barəsində mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar.
Bünyadov-Məmmədəliyev:
Yadınıza salın ki, siz o zaman bir nəfəri öldürüb (özünüzü təmizə çıxarmaq məqsədilə), onun (qatili) barəsində mübahisə edirdiniz. Halbuki Allah gizlətdiyinizi zahirə çıxarandır!
Elmir Quliyev
:
Вот вы убили человека и стали препираться по этому поводу. Но Аллах выявляет то, что вы скрываете.
Ələddin Sultanov:
Vaxtilə bir nəfəri öldürüb onun (qatili) barəsində mübahisə etmişdiniz. Allah gizlətdiyinizi üzə çıxarandır.
Kerbelayi Malik ağa:
Siz bir adam öldürmüşdünüz, sonra da (qatilini gizlədərək) onun haqqındakı (suçu) bir-birinizə yükləmişdiniz. (Halbuki) Allah gizlətmiş olduğunuz şeyi ortaya çıxarandır.
Ələsgər Musayev:
Və onda qətl etdiniz nəfsi və dartışırdınız
onda və Allah xaric etdi nə ki, oldunuz gizlədənlər!
A.Mehdiyev və D.Cəfərli:
Və (yadınıza salın) o zaman(ı) ki, bir nəfəri öldürüb, onun (qatili) barəsində mübahisəyə başladınız və Allah, gizlətdiyinizi aşkar etmək istəyirdi.
Kövsər Tağıyev:
Xatırlayın ki, bir nəfəri öldürmüşdünüz, sonra da günahı bir-birinizin üstünə atmışdınız. Halbuki Allah gizlədiyinizi aşkara çıxaracaqdı.
M.Qənioğlu və T.Bilaloğlu:
Bir zaman siz bir nəfəri öldürmüşdünüz və bu barədə bir-birinzlə mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi üzə çıxarır.
Sabirə Dünyamalıyeva:
Və bir zaman siz[#334] bir adamı öldürmüşdünüz və onun barəsində bir-birinizlə mübahisə etmişdiniz. Halbuki Allah gizlədiyinizi [aşkara] çıxarandır.