Əlixan Musayev:
Biz ona İshaqı və bir də Yaqubu bağışlayıb hamısını əməlisaleh insanlar etdik.
Bünyadov-Məmmədəliyev:
Biz ona (İbrahimə) İshaqı, üstəlik Yəqubu da bəxş edib onların hamısını saleh kimsələr etdik.
Elmir Quliyev
:
Мы даровали ему Исхака (Исаака), а вдобавок — Йакуба (Иакова), и сделали их всех праведниками.
Ələddin Sultanov:
Biz İbrahimə İshaqı və bir də Yəqubu bəxş etdik. Hər birini saleh kimsələr etdik.
Kerbelayi Malik ağa:
Ona İshaqı (ə.s) və bir də Yaqubu (ə.s) vəhbi (ərmağan) olaraq verdik. Hamısını salehlər etdik.
Ələsgər Musayev:
Bəxş etdik ona Ishaqı və Yəqubu
hədiyyə kimi və küllisini salehlərdən etdik.
A.Mehdiyev və D.Cəfərli:
Və (oğlu) İshaqı və (nəvəsi) Yəqubu əlavə bəxşiş kimi ona əta etdik və hamısını saleh və (peyğəmbərlik məqamına) layiq etdik.
Kövsər Tağıyev:
Ona İshaqı, üstəlik də Yaqubu bağışladıq və hər birini saleh kimsələr etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz ona İshaqı və Yaqubu bir töhfə kimi bəxş etdik, hamısını da əməlisaleh etdik
Sabirə Dünyamalıyeva:
Və Biz ona İshaqı, əlavə olaraq da Yəqubu bəxş etdik. Və hamısını yaxşı kəslər etdik.