Əlixan Musayev:
Yoxsa sən onlardan bir mükafat istəyirsən? Rəbbinin mükafatı daha xeyirlidir. O, ruzi verənlərin ən yaxşısıdır!
Bünyadov-Məmmədəliyev:
Yoxsa (Ya Rəsulum!) sən onlardan (öz peyğəmbərliyinə, haqqı təbliğ etdiyinə görə) bir muzd (ücrət) istəyirsən? Rəbbinin əcri (dünyada verdiyi ruzi, axirətdə verəcəyi mükafat) daha xeyirlidir. O, ruzi verənlərin ən yaxşısıdır!
Elmir Quliyev
:
Разве ты просишь у них вознаграждения? Воздаяние твоего Господа лучше, и Он — Наилучший из дарующих удел.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Yoxsa sən onlardan bir mükafat tələb edirsən?! Rəbbinin mükafatı daha yaxşıdır. O, ruzi verənlərin ən yaxşısıdır.
Kerbelayi Malik ağa:
Yoxsa onlardan ücrətmi istəyirsən? Halbuki Rəbbinin ücrəti daha xeyirlidir. O, ruzi verənlərin ən xeyirlisidir.
Ələsgər Musayev:
Yoxsa sən
onlardan xərclik istəyirsən? Əlbətdə Rəbbinin xəracı daha
xeyirlidir və O ruzi verənlərin ən xeyirlisidir
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa (peyğəmbərliyinin yerinə yetirilməsi üçün) onlardan sabit muzd və xərclik istəyirsən? (Xeyr!) Rəbbinin (verəcəyi) muzd və xərclik daha yaxşıdır və O, ruzi verənlərin ən yaxşısıdır.
Kövsər Tağıyev:
Ey Muhamməd! Yoxsa sən onlardan bir vergi istəyirsən (ki, sənə inanmırlar)? Rəbbinin vergisi daha xeyirlidir. O, ruzi verənlərin ən xeyirlisidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa sən onlardan bir muzdmu istəyirsən? Sənin Rəbbinin əcri [mükafatı] daha xeyirlidir. O, ən yaxşı ruzi verəndir.
Sabirə Dünyamalıyeva:
Yoksa sən onlardan bir vergi istəyirsən? Bax, Rəbbinin vergisi daha xeyirlidir. Və Rəbbin, ruzi verənlərin ən xeyirlisidir.