Əlixan Musayev:
Kitab əhlindən bir zümrə dedi: “Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin və (günün) sonunda inkar edin ki, bəlkə onlar (öz dinlərindən) dönələr.
Bünyadov-Məmmədəliyev:
Kitab əhlindən (yəhudilərdən) bir dəstə (bir-birinə) dedi: “Möminlərə nazil edilənə (Qurana) günün əvvəlində (səhər vaxtı) inanın, həmin günün axırında (axşam vaxtı) isə onu inkar edin! Bəlkə, (möminlər öz dinlərindən) üz döndərsinlər.
Elmir Quliyev
:
Часть людей Писания говорит: "Уверуйте в то, что ниспослано верующим, в начале дня и перестаньте верить в конце его. Быть может, они обратятся вспять.
Ələddin Sultanov:
Kitab əhlindən (yəhudilərdən) bir dəstə dedi: “Möminlərə nazil edilənə (Qurana) səhər iman gətirin, axşam isə inkar edin ki, bəlkə onlar (şübhəyə düşərək öz dinlərindən) üz döndərələr.
Kerbelayi Malik ağa:
Kitab əhlindən bir qrup (digərlərinə): ‘Amənu olanlara endirilmiş olana gündüz iman edin və (günün) sonunda (axşamüstü) inkar edin. Ümid edilər ki, beləcə onlar (dinlərindən) dönərlər.’ dedilər.
Ələsgər Musayev:
Və
deyirlər bir tayfa əhli kitabdan: «Inanın onun ilə ki, nazil olub
üzərinə o kəslərin ki, iman gətiriblər, günün əvvəlində və küfr
edin onun axırında, ola ki, onlar qayıtsınlar.
A.Mehdiyev və D.Cəfərli:
V? kitab ?hlinin bir d?st?si (onlar?n aliml?ri, oz ard?c?llar?na) dedil?r: «Iman g?tir?nl?r? nazil olan seyl?r? (Qur’an ay?l?rin?) gunun ?vv?lind? iman g?tirin, ax?r?nda ona kafir olun, b?lk? (oz dinl?rind?n) qay?dalar (cunki onlar sizi dind?n agah v? x?b?rdar adamlar kimi tan?y?rlar v? sizin t?r?ddud etm?yinizl? onlar da t?r?ddud ed?c?k, s?kk-subh?y? dus?c?kl?r).»
Kövsər Tağıyev:
Kitab əhlindən bir dəstə: “Möminlərə endirilənə günün başlanğıcında inanın, sonunda isə inkar edin, bəlkə onlar (sizə baxaraq) dönərlər”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Kitab əhlindən bir dəstə dedi: iman gətirənlərə nazil edilənə günün əvvəlində inanın, sonunda isə onu inkar qılın. Bəlkə onlar (öz dinindən) dönələr.
Sabirə Dünyamalıyeva:
Kitap əhlindən bir dəstə də, möminləri döndərmək üçün dedi: "Nazil edilənə günün əvvəlində iman gətirin və sonunda da bilə-bilə inkar edin/inanmayın.