Tövbə Surəsi 72. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah mömin kişilərə mömin qadınlara (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur.
Bünyadov-Məmmədəliyev:
Allah mömin kişilərə qadınlara (ağacları) altından çaylar axan cənnətlər Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür. Bu, böyük qurtuluşdur (uğurdur)!
Elmir Quliyev :
Аллах обещал верующим мужчинам и женщинам Райские сады, в которых текут реки и в которых они пребудут вечно, а также прекрасные жилища в садах Эдема. Но довольство Аллаха будет превыше этого. Это и есть великое преуспеяние.
Ələddin Sultanov:
Allah mömin kişilərə mömin qadınlara altından çaylar axan, əbədi qalacaqları cənnətlər Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allahın rizası isə (hamısından) daha böyükdür. Böyük uğur məhz budur!
Kerbelayi Malik ağa:
Allah mömin kişilərə mömin qadınlara orada əbədi qalacaqları, altından çaylar axan cənnətlər vəd etdi. Adn cənnətlərində gözəl məskənlər (vardır). (Bunların) ən böyüyü Allahdan bir razılıqdır (Allahın razı olmasıdır). Məhz o, fevz-ül əzimdir (ən böyük qurtuluşdur).
Ələsgər Musayev:
Vədi Allahın mömin möminələrə cənnətlər cari olur altından onun nəhrlər, həmişəlikdirlər orada məskənlər pak Ədn cənnətlərində. Razılıq Allahdan böyük. Budur əzəmətli səadət!
A.Mehdiyev və D.Cəfərli:
Allah mömin kişilərə möminə qadınlara (ev ağaclarının) altından çaylar axan, əbədi qalacaqları Cənnətlər vəd etmişdir. Həmçinin əbədi Cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur qurtuluş!
Kövsər Tağıyev:
Allah mömin kişilərə mömin qadınlara əbədi olaraq qalacaqları, içindən çaylar axan cənnətlər Ədn cənnətlərində çox gözəl köşklər vəd etdi. Allahın rizası isə bunların hamısından daha böyükdür. Bu, böyük uğurdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah mömin kişi mömin qadınlara dibindən çaylar axan orada əbədi qalacaqları Ədn cənnət bağları əbədi cənnət bağlarında gözəl məskənlər vəd etmişdir.! Allahın razı qalması (hər şeydən) üstündü Bu, böyük uğurdur!
Sabirə Dünyamalıyeva:
Allah, mömin kişilərə mömin qadınlara, içində həmişəlik qalacaqları, altlarından çaylar axan cənnətlər Ədn cənnətlərində xoş məskənlər vəd etdi. Allahın razılığı isə daha böyükdür. Bax məhz bu, çox böyük qurtuluşdur.