Əlixan Musayev:
Onlar dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun! Həqiqətən, O, Tərifəlayiqdir, Şan-şöhrətlidir”.
Bünyadov-Məmmədəliyev:
(Mələklər ona) dedilər: “Allahın əmrinə (əmr etdiyi bir şeyə) təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah təriflənib şükür olunmağa, öyünüb mədh edilməyə layiqdir!” (Allahın bütün işləri bəyənilmişdir. O, tükənməz və əvəzsiz nemət, ehsan və kərəm sahibidir!)
Elmir Quliyev
:
Они сказали: "Неужели ты удивляешься повелению Аллаха? Да пребудут над вами милость и благословение Аллаха, обитатели дома! Воистину, Он — Достохвальный, Славный".
Ələddin Sultanov:
(Mələklər) dedilər: “Sən Allahın işinə təəccüblənirsən? Ey ev əhli, Allahın mərhəməti və bərəkəti sizinlə olsun! Şübhəsiz ki, Allah tərifə və şükür edilməyə layiqdir, çox comərddir”.
Kerbelayi Malik ağa:
(Mələklər) dedilər ki: ‘Allahın əmrinəmi təəccüblənirsən? Ey ev əhli, Allahın rəhməti və bərəkəti sizin üzərinizədir!’ Şübhəsiz ki, O, Həmiddir (çox təriflənən, çox həmd ediləndir), Məciddir (şanı uca olandır).
Ələsgər Musayev:
Dedilər: «Allahın əmrindən təəccübmü
edirsən? Allahın rəhməti və bərəkəti siz əhli beytədir.
Həqiqətən, O Həmiddir, Məciddir!»
A.Mehdiyev və D.Cəfərli:
(Mələklər) dedilər: «Allahın rəhməti və Onun bərəkətləri sizin ailənizə olduğu halda Allahın işinə təəccüb edirsən?! Həqiqətən O, sifət və işləri mədh edilmiş, ümumi lütf və mərhəmət, geniş cəlal sahibidir».
Kövsər Tağıyev:
Mələklər: “Allahın əmrinə təəccüb edirsən? Allahın rəhməti və bərəkəti sizə olsun, ey (peyğəmbər ocağının) ev əhli! Şübhəsiz, O, tərifə layiqdir, şanı ucadır”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər "Sən Allahın işinəmi təəccüb edirsən? Sizə Allahın mərhəməti və xeyir - duası olsun, ey ev əhli! Həqiqətən, O, tərifəlayiqdir, şan-şöhrətlidir!"
Sabirə Dünyamalıyeva:
Elçilər: "Sən Allahın işinə təəccübmü edirsən? Allahın rəhməti və bərəkəti sizin üzərinizdədir. Ey ev əhli! Şübhəsiz ki, O, təriflənməyə layiq olan, səxavəti geniş olandır" dedilər.