İsra Surəsi 73. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Müşriklər) səni, sənə vəhy etdiyimizdən az qala döndərəcəkdilər ki, (Qurandan) başqa bir şeyi Bizə aid edəsən. Belə olduğu halda onlar səni özlərinə dost tutacaqdılar.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum! Qurandan) qeyri bir şeyi yalandan Bizə istinad edəsən (iftira yaxasan) deyə, (müşriklər) səni hardasa o sənə vəhy etdiyimizdən sapdıracaqdılar. Belə olacağı təqdirdə, səni, sözsüz ki, özlərinə dost tutacaqdırlar.
Elmir Quliyev :
Они чуть было не отклонили тебя от того, что Мы дали тебе в откровении, дабы ты выдумал про Нас нечто другое. Вот тогда ты стал бы их возлюбленным.
Ələddin Sultanov:
(Müşriklər) sənə vəhy etdiyimizdən başqa bir şeyi yalandan Bizə isnad edəsən deyə az qalsın səni azdıracaqdılar. Belə olan təqdirdə şübhəsiz ki, səni özlərinə dost qəbul edəcəkdilər.
Kerbelayi Malik ağa:
Az qala sənə vəhy etdiyimiz şeydən başqası ilə Bizə iftira atmağın üçün həqiqətən səni fitnəyə salırdılar. O təqdirdə səni mütləq dost tutardılar.
Ələsgər Musayev:
Yaxın idi səni sınağa çəksinlər ondan ki, sənə vəhy etdiyimizdən qeyrisini Bizə iftira edəsən onda səni dost tutalar.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən az qalmışdı (müşriklər) sənə vəhy etdiyimizdən başqa şeyi yalandan Bizə isnad etməyin (və bütləri tərifləməyin) üçün səni vəhy etdiyimizdən (tovhiddən dinin əməl üslubundan) döndərsinlər onda (belə olacağı təqdirdə) səni mütləq özlərinə dost götürərdilər.
Kövsər Tağıyev:
Onlar sənə vəhy etdiyimizdən başqasını uydurub bizə isnad edəsən deyə az qala səni ondan sapdıracaqdılar. (Əgər bunu bacarsaydılar,) o zaman səni dost tutardılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar sənə vəhy etdiyimizdən [Qurandan] səni az qala tovlayıb döndərəcəkdilər ki, Bizə qarşı bir başqasını uydurasan. Onda onlar səni özlərinə dost tutardılar.
Sabirə Dünyamalıyeva:
Az qalsın onlar səni, sənə vəhy etdiyimizdən uzaqlaşdıraraq, ondan başqasını Bizə isnad edərək söyləyəsən deyə səni xətaya yönəldərək səni atəşdə yandıracaqdılar. Bax, o təqdirdə səni özlərinə dost/iz qoyan bir lider qəbul edərdilər.