Kəhf Surəsi 73. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Musa) dedi: “Unutduğum bir şeydən ötrü məni qınama öz işimdə məni çətinliyə salma!”.
Bünyadov-Məmmədəliyev:
(Musa) dedi: “Unutduğum bir şeyə görə məni danlama məni öz işimdə (sənə tabe olmaqda) çətinliyə salma!”
Elmir Quliyev :
Муса (Моисей) сказал: "Не наказывай меня за то, что я позабыл, и не возлагай на меня тяжелое бремя".
Ələddin Sultanov:
Musa: “Unutduğum bir şeyə görə məni danlama işimi çətinləşdirmə!” dedi.
Kerbelayi Malik ağa:
(Musa ə.s): ‘Unutduğuma görə məni danlama əmrlərində məni çətinliyə salma.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Yadımdan çıxan şeydə məni tutma məni işimdə çətinliyə salma!»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Məni unutduğum şeyə (bir şey soruşmamaq barəsində verdiyim vədi unutduğuma) görə məzəmmət etmə məni işimdə məşəqqət çətinliyə vadar etmə.»
Kövsər Tağıyev:
Musa: “Unutduğum üçün məni qınama bu işimdə məni çətinə salma!” dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa dedi: "Unutduğuma görə məni danlama işimi çətinə salıb mənə əziyyət vermə".
Sabirə Dünyamalıyeva:
Musa: "Unutduğum bir şeylə məni cəzalandırma işimi çətinliyə salma!" dedi.