Bəqərə Surəsi 73. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz dedik: “(İnəyin) bir parçasını ona (ölüyə) vurun!” Allah ölüləri bu cür dirildir Öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız.
Bünyadov-Məmmədəliyev:
Belə olduqda Biz: “(Kəsilmiş inəyin) bir parçasını ona (qatili bilinməyən ölüyə) vurun!” dedik. (Onlar da vurdular ölü dirildi). Allah (bütün) ölüləri bu qaydada dirildər sizə Öz möcüzələrini göstərər ki, ağla gəlib (bunu) dərk edəsiniz.
Elmir Quliyev :
Мы сказали: "Ударьте его (убитого) частью ее (коровы)". Так Аллах воскрешает мертвых и показывает вам Свои знамения, быть может, вы уразумеете.
Ələddin Sultanov:
Buna görə Biz: “(Kəsilmiş inəyin) bir parçasını ona (ölüyə) vurun!” demişdik. Allah ölüləri belə dirildər sizə Öz möcüzələrini göstərər ki, bəlkə dərk edəsiniz.
Kerbelayi Malik ağa:
Bunun üzərinə Biz: ‘Onun (inəyin) bir parçasıyla ona (öldürülən adama) vurun.’ dedik. (O zaman ölən adam dirilib qatilinin kim olduğunu söylədi). Allah ölüləri belə dirildər sizə ayələrini (qüdrətini) göstərər. Ümid edilər ki, beləcə siz ağıl işlədərsiniz.
Ələsgər Musayev:
Dedik Biz: «Zərbə vurun ona bəzisi ilə onunBeləcə həyat verir Allah ölüyə göstərir sizə ayətlərini, ola ki, siz əql edəsiniz».
A.Mehdiyev və D.Cəfərli:
Buna görə dedik: «(Kəsilmiş inəyin) üzvlərinin bir parçasını ona (öldürülmüş şəxsin bədəninə) vurun (ki, dirilərək öz qatilini tanıtdırsın).» Allah ölüləri bu cür dirildir Öz (tovhid qüdrət) nişanələrini sizə göstərir ki, bəlkə düşünəsiniz.
Kövsər Tağıyev:
“İnəyin bir parçası ilə ölüyə vurun!” dedik. (Deyiləni etdilər ölü dirildi.) Allah ölüləri belə dirildir, düşünəsiniz deyə möcüzələrini3 sizə belə göstərir.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz dedik: "Onun (kəsilmiş inəyin) bir parçasıyla onu (ölünü) vurun." Allah ölüləri belə dirildib sizə Öz ayələrini bildirir ki bəlkə ağıllanasınız.
Sabirə Dünyamalıyeva:
Sonra Biz: "Öldürülən şəxs ucbatından gələcək çətinlik səbəbiylə Musanı yola salın" dedik. Allah ölüləri bax belə dirildər, bitib-tükənənlərə yol göstərər ağılla hərəkət etməyiniz üçün sizə işarətlərini/nişanələrini göstərər.