Əlixan Musayev:
Həqiqətən, biz Rəbbimizə iman gətirdik ki, O, bizi günahlarımıza və sənin bizi məcbur etdirdiyin sehrə görə bağışlasın. Allahın( mükafatı) daha xeyirli, (cəzası) isə daha daimidir!”
Bünyadov-Məmmədəliyev:
Biz, həqiqətən, Rəbbimizə iman gətirdik ki, O, bizi günahlarımıza və sənin bizi məcbur etdiyin sehrə (sehrlə məşğul olmağımıza) görə bağışlasın. Allah (sən Firondan) daha xeyirli və (Onun günahkarlara verəcəyi əzab) daha baqidir!”
Elmir Quliyev
:
Воистину, мы уверовали в нашего Господа для того, чтобы Он простил нам наши грехи и колдовство, к которому ты нас принудил. Аллах лучше и долговечнее".
Ələddin Sultanov:
Xətalarımızı və sənin bizə zorla etdirdiyin sehri bağışlaması üçün Rəbbimizə iman gətirdik. Allah daha xeyirlidir və əbədidir!”
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, biz xətalarımızı və Ona qarşı sehrdən bizə məcbur etdirdiyin şeylərə görə bizi məğfirət etsin deyə Rəbbimizə iman etdik. Allah daha xeyirlidir və daha baqidir (əbədidir).
Ələsgər Musayev:
Həqiqətən, biz Rəbbimizə inandıq ki, bağışlasın xətalarımızı və
o sehrləri ki, sən bizi məcbur etdin. Allah daha xeyirli və
baqidir!»
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən biz Öz Rəbbimizə iman gətirdik ki, günahlarımızı (şirk etiqadımızı və əməldəki günahlarımızı) və sənin bizi vadar etdiyin sehri bağışlasın. Allah daha yaxşı və əbədidir.
Kövsər Tağıyev:
“Şübhəsiz ki, biz Rəbbimizə iman etdik ki, günahlarımızı və sənin bizə məcburən etdirdiyin sehri bağışlasın. Allahın verəcəyi mükafat daha xeyirli və daha qalıcıdır”.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Rəbbimizə iman gətirdik ki, günahlarımıza və sənin bizə məcbur etdirdiyin sehrbazlığa görə bizi bağışlasın. Axı Allah (mükafatca) daha xeyirli və əbədidir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, biz, səhvlərimiz və bizi təsirli elmdən məcbur etdiyin şeylər üçün bizi bağışlasın deyə, Rəbbimizə iman gətirdik. Və Allah daha xeyirli və daha baqidir" dedilər.