Həcc Surəsi 73. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək )istəyən aciz qalar, istənilən də!
Bünyadov-Məmmədəliyev:
Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək yarada bilməzlər lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan (bütlərin üstündə olanlardan) bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən aciz, istənilən də! (Bütlər aciz, milçək də, yaxud bütlərə ibadət edən aciz, ibadət edilən bütlər də!)
Elmir Quliyev :
О люди! Приводится притча, послушайте же ее. Воистину, те, кому вы поклоняетесь помимо Аллаха, не сотворят и мухи, даже если они объединятся для этого. Если же муха заберет у них что-нибудь, они не смогут отобрать у нее это. Слаб тот, кто добивается, и тот, от кого он добивается!
Ələddin Sultanov:
Ey insanlar! Bir məsəl çəkildi. Elə isə onu dinləyin! Həqiqətən, Allahı qoyub dua etdiyiniz şeylər bir yerə yığışsalar da, bir milçək belə yarada bilməzlər. Əgər milçək onlardan bir şey alıb aparsa, onu geri ala bilməzlər. İstəyən də, istənilən (müşriklər də, bütlər də) aciz qaldı.
Kerbelayi Malik ağa:
Ey insanlar! (Sizə) bir örnək verildi. Elə isə onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa tapındıqlarınız bir ağcaqanad belə yarada bilməzlər, onu yaratmaq üçün bir yerə gəlib toplansalar belə. Əgər ağcaqanad onlardan bir şey qapıb qaçarsa, onu ondan (ağcaqanaddan) ala bilməzlər. İstəyən istənilən acizdir.
Ələsgər Musayev:
Ay insanlar! Bir məsəl vurulur ki, onu eşidin. Həqiqətən, o kəsləri ki, Allahın əvəzinə çağırırsınız, xəlq edə bilməzlər bir milçəyi, əgər bunun üçün onların hamısı cəm olsalar da. Əgər milçək bir şey qoparıb apara onlardan, onu geri ala bilməzlər ondan. Tələb edən zəifdir tələb olunan da!
A.Mehdiyev və D.Cəfərli:
Ey insanlar! (Sizin özünüz bütləriniz barəsində) bir məsəl çəkilib, ona qulaq asın: Həqiqətən Allahın yerinə çağırdıqlarınız əsla, hətta bunun üçün bir yerə yığılsalar belə, bir milçək yarada bilməzlər. Əgər milçək onlardan bir şey götürsə, onu ondan geri ala bilməzlər. İstəyənlə (müşriklərlə), (hacət) istənilənin (bütlərin) hər ikisi acizdirlər. (Yaxud da istəyəndən məqsəd milçəklər, istəniləndən məqsəd isə götürülüb aparılmış şeydir, ya da istəyən bütlər istənilən isə milçəklərdir.)
Kövsər Tağıyev:
Ey insanlar! Sizə bir misal çəkildi. İndi ona yaxşı qulaq asın. Sizin Allahdan başqa tapındıqlarınız bir milçək belə yarada bilməzlər. Hamısı bunun üçün toplansalar belə... Əgər milçək onlardan bir şey alıb aparsa, bunu ondan geri ala bilməzlər. İstəyən aciz, istənilən də.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey insanlar! (Sizə) bir misal çəkildi, indi ona qulaq asın: Allahdan başqa ibadət etdiyiniz kəslər [bütlər] bir milçək belə yarada bilməzlər, bunun üçün hamısı lap bir yerə yığışsa da. Əgər milçək onlardan bir şey götürüb aparsa, onlar onu ondan geri ala bilməzlər. İstəyən acizdir, özündən istənilən acizdir.
Sabirə Dünyamalıyeva:
Ey insanlar! Bir məsəl çəkilir, indi ona qulaq asın: Allahın altındakılardan ibadət etdikləriniz hamısı bir yerə yığılsa belə, bir milçəyi əmələ gətirə bilməzlər. milçək onlardan bir şey götürüb aparsa, onu xilas geri ala bilməzlər. İstəyən istənilən acizdir.