Furqan Surəsi 73. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar kor kimi davranmazlar.
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar kor kimi aparmaz (əksinə, onlara cani-dildən qulaq asar);
Elmir Quliyev :
Когда им напоминают о знамениях их Господа, они не падают на них глухими и слепыми.
Ələddin Sultanov:
Onlara Rəbbinin ayələri xatırladıldığı zaman bu ayələrə qarşı kar kor kimi davranmazlar.
Kerbelayi Malik ağa:
Onlara Rəblərinin ayələri xatırladıldığı zaman ayələrə qarşı kor kar olmazlar.
Ələsgər Musayev:
O kəslər ki, onda yad edərlər Rəblərinin ayətlərini, xar olmazlar üzərində onun kar kor.
A.Mehdiyev və D.Cəfərli:
o kəslər ki, Rəbblərinin (vəhy, Qur’an moizə kimi) nişanələri ilə öyüd-nəsihət verildikdə onun müqabilində özlərini kar kor (kimi) aparmırlar (əksinə, onu qəlb ilə dinləyir batini gözlə görürlər);
Kövsər Tağıyev:
Onlar Rəblərinin ayələri xatırladıldığı zaman (həqiqəti görmək eşitmək barəsində) onlara qarşı kar kor olmazlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara öz Rəbbinin ayələri xatırladıldıqca özlərini o ayələrə qarşı kar kor kimi aparmazlar.
Sabirə Dünyamalıyeva:
Rəhmanın bəndələri, Rəbbinin nişanları/işarələri xatırladılanda özlərini onlara qarşı kar kor kimi aparmaz.