Əlixan Musayev:
O, Öz mərhəməti ilə sizin üçün gecəni və gündüzü yaratdı ki, dincələsiniz və Onun lütfündən (ruzi )axtarasınız. Bəlkə, şükür edəsiniz.
Bünyadov-Məmmədəliyev:
(Allah) öz mərhəmətindən dolayı sizi üçün gecəni (qaranlıq) və gündüzü (işıq) yaratdı ki, (gecəni) dincələsiniz, (gündüzü isə) Onun lütfündən ruzi diləyib axtarasınız. Bəlkə, (bu nemətə görə Allaha) şükür edəsiniz!
Elmir Quliyev
:
По милости Своей Он сотворил для вас ночь и день, чтобы вы отдыхали во время нее и искали Его милость, — быть может, вы будете благодарны.
Ələddin Sultanov:
Dincələsiniz, Onun lütfündən ruzi axtarasınız və şükür edəsiniz deyə sizin üçün gecəni və gündüzü yaratması Onun mərhəmətindəndir.
Kerbelayi Malik ağa:
Rəhmətindən (olmaq üzrə) sizin üçün dincələsiniz və Onun fəzlindən istəyəsiniz deyə gecəni və gündüzü yaratdı. Ola bilsin ki, siz beləcə şükür edərsiniz.
Ələsgər Musayev:
Oz r?hm?tind?n etdi sizin ucun gec? v? gunduz, ona gor? ki, sakin olman?z ucun onda v? axtarman?z ucun f?zlind?n Onun, ola ki, sukr ed?siniz!»
A.Mehdiyev və D.Cəfərli:
Gecə dincəlməniz və (gündüz iş-güc ilə) Allahın fəzl və kərəmindən (ruzi) axtarmanızdan ötrü sizin üçün (yer kürəsinin hərəkəti ilə) gecə və gündüzü yaratması Onun (Allahın) mərhəmətindəndir. bəlkə şükr edəsiniz!
Kövsər Tağıyev:
Allah rəhməti səbəbi ilə gecəni dincələsiniz, gündüzü isə lütfündən payınıza düşəni arayasınız və şükür edəsiniz deyə sizin üçün yaratdı.
M.Qənioğlu və T.Bilaloğlu:
O, Öz mərhəmətindən sizin üçün gecə və gündüzü düzəltdi ki, siz rahatlıq tapasınız və Onun lütfünün sorağında olasınız [kəsbkarlıq edəsiniz] ki, bəlkə şükr edəsiniz."
Sabirə Dünyamalıyeva:
Və Allahın mərhəmətindədir ki, O, gecəni və gündüzü; gecələr dincələsiniz və gündüzlər Onun lütfündən bolluca verdiyi nemətlərdən axtarasınız və özünüzə verilən nemətlərin əvəzini ödəyəsiniz deyə yaratdı.