Əlixan Musayev:
Sonra onun arxasınca elçiləri öz ümmətlərinə göndərdik. (Elçilər) onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə öncə yalan hesab etdiklərinə iman gətirmədilər. Biz həddi aşanların qəlblərini beləcə möhürləyirik.
Bünyadov-Məmmədəliyev:
Nuhun ardınca öz ümmətlərinə peyğəmbərlər göndərdik. Onlar (öz ümmətlərinə) açıq-aşkar möcüzələr gətirmişdilər. Bunlar isə öncə (peyğəmbər gəlməzdən əvvəl) yalan hesab etdikləri şeylərə iman gətirmədilər. Biz (küfr etməklə, günah işləməklə) həddi aşanların ürəklərini belə möhürləyirik.
Elmir Quliyev
:
После него Мы отправили посланников к их народам. Они приносили им ясные знамения, но те не желали уверовать в то, что отвергали прежде. Так Мы запечатываем сердца преступников.
Ələddin Sultanov:
Sonra onun ardınca bir çox peyğəmbəri öz qövmünə göndərdik. Onlara açıq-aşkar möcüzələr gətirdilər. Ancaq onlar əvvəl yalan saydıqlarına iman gətirəsi deyildilər. Həddi aşanların qəlblərini belə möhürləyirik.
Kerbelayi Malik ağa:
Sonra onun arxasınca onların qövmlərinə rəsullar göndərdik. Onlara bəyyinələr (açıq dəlillər) gətirdilər. Daha əvvəl (hidayətə ərib sonradan) onu yalanladıqlarına görə beləcə mömin olmadılar. Həddi aşanların qəlblərini məhz belə möhürləyərik (tab edərik).
Ələsgər Musayev:
Sonra qaldırdıq ondan sonra rəsulları öz qoumlarına tərəf
və gəldilər onlara bəyanatlarla. Bundan qabaq yalan
saydıqlarına görə olmadılar onun ilə inananlar. Beləcə damğa
vururuq həddi aşanların qəlblərinə!
A.Mehdiyev və D.Cəfərli:
Sonra onun (Nuhun) ardınca (Hud, Saleh və Lut kimi) peyğəmbərləri öz qövmlərinə göndərdik. Beləliklə onlar üçün (tövhidin və öz peyğəmbərliklərinin isbatında) aydın dəlillər gətirdilər. Və (lakin) onlar (özlərinin ya atalarının) bundan qabaq təkzib etdikləri şeyə iman gətirən deyildilər. Biz həddini aşanların qəlblərinə belə (bədbəxtlik) möhür(ü) vururuq.
Kövsər Tağıyev:
De ki: “Allahın sizə endirdiyi, sizin də bir qismini halal, bir qismini haram saydığınız ruzilər haqqında nə deyirsiniz?” De ki: “Bunun üçün Allah sizə izin verdi, yoxsa Allaha iftira atırsınız?”
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra Biz ondan [Nuhdan] sonra onları öz camaatına peyğəmbərlər göndərdik və bunlar da onlara aydın ayələr gətirdilər. Lakin onlar əvvəllər yalan hesab etdiklərinə (yenə də) inanmadılar. Beləcə, həddini aşanların qəlbini möhürləyirik!
Sabirə Dünyamalıyeva:
Sonra onun ardınca, öz qövmlərinə elçilər göndərdik və onlar [elçilər], onlara [öz qövmlərinə] açıq-aydın dəlillər gətirdilər. Amma daha əvvəl onu [dəlilləri] yalan hesab etdikləri üçün, inanmadılar. Biz, həddi aşanların qəlbini bax belə damğalayırıq/möhürləyirik.