Əlixan Musayev:
Heç kəsi Allaha oxşatmayın. Həqiqətən, Allah bilir, siz isə bilmirsiniz.
Bünyadov-Məmmədəliyev:
(Allah qoşduğunuz şərikləri, Onun yaratdıqlarını) Allaha bənzətməyin. Allah (heç bir şəriki olmadığını, heç bir məxluqun Ona bənzəmədiyini) bilir, siz isə (bu həqiqəti) bilmirsiniz!
Elmir Quliyev
:
Никого не сравнивайте с Аллахом! Воистину, Аллах знает, а вы не знаете.
Ələddin Sultanov:
Ona görə də heç bir şeyi Allaha bənzətməyin (şərik qoşmayın)! Şübhəsiz ki, Allah hər şeyi bilir, siz isə bilməzsiniz.
Kerbelayi Malik ağa:
Artıq onları (bütləri) Allaha bənzətməyin! Şübhəsiz ki, Allah bilir, siz isə bilməzsiniz.
Ələsgər Musayev:
Allaha məsəl vurmayın. Həqiqətən,
Allah bilir və siz bilmirsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də Allah üçün (şərik, zövcə və qızlarının olması kimi nalayiq) məsəllər çəkməyin. Həqiqətən Allah (belə məsəllərin çirkinliyini və qeyri-mümkün olmasını) bilir və siz bilmirsiniz.
Kövsər Tağıyev:
Artıq Allaha (Onun şanına yaraşmayan) bənzətmələr uydurmayın. Çünki Allah bilir, siz bilməzsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Başqalarını Allaha bənzətməyin. Həqiqətən, Allah hər şeyi bilir, siz isə bilmirsiniz.
Sabirə Dünyamalıyeva:
Artıq, Allah üçün məsəllər çəkməyin. Şübhəsiz ki, Allah bilir, siz bilməzsiniz.