Əlixan Musayev:
Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır) onu öldürdü. (Musa) dedi: “Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin? Doğrusu, çox pis bir iş tutdun”.
Bünyadov-Məmmədəliyev:
Yenə getdilər, nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır) dərhal onu öldürdü. (Musa) dedi: “(Heç bir günah iş tutmayan, buna görə də qisasa layiq olmayan) pak (məsum) bir canamı qıydın? Doğrudan da, çox pis bir şey etdin (çox pis bir iş gördün)”.
Elmir Quliyev
:
Они продолжили путь, пока не встретили мальчика, и он убил его. Он сказал: "Неужели ты убил невинного человека, который никого не убивал?! Ты совершил предосудительный поступок!"
Ələddin Sultanov:
Yenə yollarına davam etdilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqları zaman (Xızır) onu öldürdü. Musa dedi: “Heç kimi öldürməmiş tər-təmiz bir canamı qəsd etdin? Həqiqətən, sən çox pis bir iş gördün!”
Kerbelayi Malik ağa:
Beləcə bir oğlan uşağına rast gələnə qədər getdilər. (Xızır ə.s) onu öldürdü. (Musa ə.s): ‘Sən günahsız bir adamı (başqa) bir nəfsə qarşılıq olmadanmı öldürdün? And olsun ki, sən pis (şəriətə uyğun gəlməyən) bir şey etdin.’ dedi.
Ələsgər Musayev:
Hər ikisi gedərək, ta onda ki, bir oğlanı
gördülər, onu qətlə yetirdi. Dedi: «Ə, pak nəfsi qətlə yetirdin,
qeyri nəfsə görə? Əlbəttə, sən bəyənilməyən bir şey etdin!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, hər ikisi yola düşdülər. Nəhayət elə ki, yeniyetmə bir oğlanla rastlaşdılar (Xızır görən kimi dərhal) onu öldürdü. Musa dedi: «Heç bir qətl törətmədiyi halda günahsız bir insanı öldürdün?! Doğrudan da (şəriət və ağıl baxımından) bəyənilməz bir iş gördün!»
Kövsər Tağıyev:
Yenə yola düşdülər. Nəhayət, bir oğlan uşağı ilə qarşılaşdıqları zaman adam (dərhal) onu öldürdü. Musa: “Bir canın əvəzi olmadan günahsız birini öldürdün? And olsun, çox pis bir iş gördün!” – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar yenə yola düzəldilər. Birdən bir oğlan uşağına rast gəldilər və Xızır onu öldürdü. Musa dedi: "Necə ola bilər ki, sən başqasına qəsd etməmiş təmiz bir adamı öldürəsən! Sən xoşagəlməz bir iş tutdun."
Sabirə Dünyamalıyeva:
Yenə getdilər. Nəhayət bir cavana rast gəldilər; özünə elm və mərhəmət verilən bəndə onu öldürdü. Musa: "Bir nəfsin əvəzi [qisası] olmağı halda, pak bir nəfsi öldürdünmü? Həqiqətən, çox anlaşılmaz bir şey etdin!" dedi.