Əraf Surəsi 74. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Xatırlayın ki, O, sizi Ad qövmündən sonra xələflər etdi yer üzündə yerləşdirdi. Siz onun düzənliklərində qəsrlər tikir, dağlarda evlər yonursunuz. Allahın nemətlərini yada salın, yer üzündə fəsad yayaraq pis işlər görməyin”.
Bünyadov-Məmmədəliyev:
(Allahın) sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını ovub (yonub) evlər düzəltdiyiniz yer üzündə yerləşdiyi vaxtı xatırlayın. Allahın nemətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!”
Elmir Quliyev :
Помните о том, как Он сделал вас преемниками адитов и расселил вас на земле, на равнинах которой вы воздвигаете дворцы, а в горах высекаете жилища. Помните о милостях Аллаха и не творите на земле зла, распространяя нечестие".
Ələddin Sultanov:
Xatırlayın ki, Allah sizi Ad qövmündən sonra onun yerinə gətirdi yer üzündə sizi yerləşdirdi. Yer üzünün düzənliklərində saraylar tikir, dağları ovub evlər düzəldirsiniz. Buna görə Allahın nemətlərini xatırlayın yer üzündə fitnə-fəsad törədərək qarışıqlıq salmayın!” (Səmud qövmü Şam Hicaz bölgələrinin arasındakı Hicr deyilən bir yerdə yaşayırdı. Onlar dağları yonaraq evlər düzəldir, düzənliklərdə daşlarla saraylar hovuzlar tikirdilər. Eyni zamanda mərmər işi ilə məşğul olurdular. Mənbələrdə ilk dəfə mərmərdən istifadə edənlərin onlar olduğu bildirilir. )
Kerbelayi Malik ağa:
Ad qövmündən sonra sizi xəlifələr etdiyini (onların yerinə sizləri gətirdiyini) xatırlayın. Sizi yer üzündə yerləşdirdi. Onun düzənliklərində saraylar tikirsiniz dağlarda evlər yonursunuz. Artıq Allahın nemətlərini xatırlayın, yer üzündə müfsidlər (fəsad çıxaranlar) olaraq pis işlər görməyin.
Ələsgər Musayev:
Yad edin, onda ki, O sizi xəlifə etdi Addan sonra ərzdə sizi yerləşdirdi ki, onun düzündən qəsirlər saldırıb dağlarında ev tikəsiniz. Yad edin Allahın nemətlərini səy etməyin ərzdə fəsad etməyə!»
A.Mehdiyev və D.Cəfərli:
yada salın o zaman(ı) ki, sizi Ad qövmündən sonra canişinlər etdi sizi yer üzündə yerləşdirdi. Onun düzənliklərində (yay) saraylar(ı) tikirsiniz dağları yonub (qış) evlər(i) düzəldirsiniz. Buna görə də, Allahın nemətlərini xatırlayın yer üzündə fitnəkarcasına fəsad törətməyə qalxmayın».
Kövsər Tağıyev:
“Xatırlayın ki, Allah Ad qövmündən sonra sizi onların yerinə gətirdi sizi yer üzündə yerləşdirdi. Yerin düzlüklərində qəsrlər tikir, dağları oyub evlər düzəldirsiniz. Artıq Allahın nemətlərini xatırlayın, yer üzündə fitnə-fəsad törədərək hərc- mərclik salmayın”.
M.Qənioğlu və T.Bilaloğlu:
Yada salın ki, O, Ad tayfasından sonra sizi onların xələfləri etdi yer üzərində yerləşdirdi. Siz onun [yerin] düzənliklərində qəsrlər qurur, evlər üçün dağ-qayanı oyursunuz. Allahın yaxşılıqlarını yada salın, yer üzərində dolaşıb fitnə-fəsad yaymayın!”
Sabirə Dünyamalıyeva:
fikirləşin ki, Addan sonra sizi xəlifələr təyin etdi. sizi yer üzündə yerləşdirdi: Onun düzənliklərində saraylar tikirsiniz, dağlarını yonub evlər düzəldirsiniz. Elə isə Allahın nemətlərini yadınıza salın yer üzündə fitnə çıxaranlar olaraq azğınlıq etməyin."