Əlixan Musayev:
Şübhəsiz ki, bunda, başa düşənlər üçün dəlillər vardır.
Bünyadov-Məmmədəliyev:
Bunda (bu əzabda) düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!
Elmir Quliyev
:
Воистину, в этом — знамения для зрячих.
Ələddin Sultanov:
Şübhəsiz ki, bunda fərasətli kimsələr üçün ibrətlər vardır.
Kerbelayi Malik ağa:
Bunda ibrətlə izləyənlər üçün əlbəttə dəlillər vardır.
Ələsgər Musayev:
Həqiqətən, bunda ağıl və fərasət sahibləri üçün ayətlər vardır!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, bunda (bu hadisədə) ağıl və şüur sahibləri üçün (Allahın qüdrət və qəzəbi, bəndənin azğınlığının sonu barəsində) nişanələr vardır.
Kövsər Tağıyev:
Şübhəsiz, düşünüb görə bilən kimsələr üçün bunda ibrətlər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Şübhəsiz ki, diqqət yetirənlər üçün bunda ibrətlər vardır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, bunda, iz, imza tanıyanlar; düşünən iti zəkalılar üçün həqiqətən işarətlər/nişanələr vardır.