Həcc Surəsi 75. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah mələklərdən elçilər seçir, insanlardan da. Həqiqətən, Allah Eşidəndir, Görəndir!
Bünyadov-Məmmədəliyev:
Allah mələklərdən elçilər (peyğəmbərlər) seçər, insanlardan da. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir!
Elmir Quliyev :
Аллах избирает среди ангелов и людей посланников. Воистину, Аллах Слышащий, Видящий.
Ələddin Sultanov:
Allah mələklərdən də, insanlardan da elçilər seçər. Həqiqətən, Allah hər şeyi eşidəndir, görəndir.
Kerbelayi Malik ağa:
Allah mələklərdən insanlardan rəsullar seçər. Şübhəsiz ki, Allah ən yaxşı eşidəndir, ən yaxşı görəndir.
Ələsgər Musayev:
Allah mələklərdən insanlardan Öz rəsullar seçər. Həqiqətən, Allah Səmidir, Bəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
Allah (Özü ilə peyğəmbərləri arasında vasitə olmaq üçün) mələklərdən (Özü ilə cəmiyyət arasında vasitə olma üçün) insanlardan elçilər seçir. Həqiqətən Allah (cəmiyyətin təlim-tərbiyə sahəsindəki ehtiyac çağırışlarını) eşidən (onların pyeğəmbər tərbiyəçilərinin vəziyyətini) görəndir.
Kövsər Tağıyev:
Allah mələklərdən rəsullar seçər, insanlardan da. Şübhəsiz, Allah haqqı ilə eşidəndir, haqqı ilə görəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah mələklərdən insanlardan elçilər seçir. Həqiqətən, Allah hər şeyi eşidəndir, görəndir.
Sabirə Dünyamalıyeva:
Allah, xəbərçi ayələrdən elçilər seçir, insanlardan da elçilər seçir. Şübhəsiz ki, Allah, ən yaxşı eşidən, ən yaxşı görəndir,