Əlixan Musayev:
Onların (əzabı) yüngülləşdirilməyəcək və onlar orada naümid qalacaqlar.
Bünyadov-Məmmədəliyev:
Onlardan (bu əzab) yüngülləşdirilməyəcəkdir; onlar orada əllərini hər şeydən üzmüş olacaqlar!
Elmir Quliyev
:
Им не будет дано передышки, и они пребудут там в отчаянии.
Ələddin Sultanov:
Onların əzabı yüngülləşdirilməyəcək və onlar orada ümidsiz qalacaqlar.
Kerbelayi Malik ağa:
Onların əzabı yüngülləşdirilməz. Onlar orada (Allahın rəhmətindən) ümid kəsmiş olanlardır.
Ələsgər Musayev:
Onlara yüngüllük olmayacaq və onlar
orada ümidsiz olarlar.
A.Mehdiyev və D.Cəfərli:
Onların (əzabı) yüngülləşdirilməyəcək və onlar orada (nicat tapacaqlarına) ümidsizdirlər.
Kövsər Tağıyev:
Əzabları yüngülləşdirilməyəcək. Onlar əzab içində ümidsizdirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların halı heç vaxt yüngülləşməyəcək və onlar orada ümidsiz qalacaqlar.
Sabirə Dünyamalıyeva:
Onlardan [bu əzab] yüngülləşdirilməyəcəkdir. Onlar, orada da ümidsiz olacaqlar.