Vaqiə Surəsi 75. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ulduzların batdığı yerlərə and olsun!
Bünyadov-Məmmədəliyev:
Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-batdığı yerlərə) and olsun ki
Elmir Quliyev :
Но нет! Клянусь местами заката звезд (или ниспослания частей Корана)!
Ələddin Sultanov:
Ulduzların doğub-batdığı yerlərə and içirəm!
Kerbelayi Malik ağa:
Artıq xeyr! Ulduzların mövqelərinə and içirəm.
Ələsgər Musayev:
Bəs yox, and olsun ulduzların batması vaqiə olan yerə!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə and olsun ulduzların (geniş səmadakı) yerlərinə, onların batma düşmə zamanına Qur’anın hissələrinin nazil olma vaxtlarına.
Kövsər Tağıyev:
Ulduzların mənzillərinə and içirəm ki,
M.Qənioğlu və T.Bilaloğlu:
Ulduzların düşdükləri yerlərə and içirəm ki, -
Sabirə Dünyamalıyeva:
Artıq xeyr. Nəcmləri/hər səfərdə nazil edilən ayələrin yerlərini/zamanlarını; enişini dəlil göstərərəm ki