Əlixan Musayev:
Beləcə, Biz, İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun.
Bünyadov-Məmmədəliyev:
Beləcə, İbrahimə göylərin və yerin mülkünü (səltənətini, oradakı qəribəlikləri və gözəllikləri, onların Allah qüdrəti ilə yaradılmasını) göstərdik ki, tam qənaətlə inananlardan olsun!
Elmir Quliyev
:
Так Мы показали Ибрахиму (Аврааму) царство небес и земли, дабы он стал одним из убежденных.
Ələddin Sultanov:
Beləcə, yəqinliklə iman gətirənlərdən olması üçün İbrahimə göylərin və yerin hökmranlığını (əzəmətini) göstərdik.
Kerbelayi Malik ağa:
Beləcə Biz İbrahimə onun yəqinliklə (şübhəsiz) inananlardan olması üçün yerin və göylərin (səmaların) mələkutunu göstərirdik.
Ələsgər Musayev:
Beləliklə göstərdik Ibrahimə səmaların və ərzin mülkünü, yəqinlik sahiblərindən olması üçün.
A.Mehdiyev və D.Cəfərli:
Beləcə İbrahimə (atasının və qövmünün azğınlıqda olmasını öyrətdiyimiz kimi Özümüzün) göylərə və yerə olan tam malikiyyət və rübubiyyətimizi (də) göstərirdik (ki, dəlilgətirmə məqamında elmli və bacarıqlı olsun) və (həmçinin) inananlardan olması üçün.
Kövsər Tağıyev:
Beləliklə, İbrahimə göylərdəki və yerdəki hökmranlığı və nizamı göstərirdik ki, mütləq elmə çatanlardan olsun.
M.Qənioğlu və T.Bilaloğlu:
İbrahimə göylərin və yerin səltənətini beləcə göstərdik ki, o, möhkəm inamlılardan olsun.
Sabirə Dünyamalıyeva:
Və Biz, dəlil olsun deyə və qəti surətdə inananlardan olması üçün İbrahimə göylərin və yerin səltənətini və idarəsini beləcə göstərdik.