Ənfal Surəsi 75. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sonradan iman gətirənlər, hicrət edib sizinlə bərabər cihad edənlər sizdəndirlər. Qohumlar Allahın Kitabına görə bir-birinə (varis olmağa) daha yaxındırlar. Həqiqətən, Allah hər şeyi bilir.
Bünyadov-Məmmədəliyev:
Sonradan (Hüdeybiyyə sazişindən sonra, Məkkənin fəthindən əvvəl) iman gətirib hicrət edənlər sizinlə bərabər döyüşənlər (cihad edənlər) sizdəndirlər. Qohumlar Allahın Kitabında (lövhi-məhfuzda ya Quranda irs, varislik baxımından) bir-birinə daha uyğundurlar (yaxındırlar). Həqiqətən, Allah hər şeyi biləndir! (Məkkənin fəthinə qədər mühacirlər ənsar qohumluq əlaqələrindən asılı olmayaraq bir-birinin varisi hesab edilirdilər. Məkkənin fəthindən sonra bu hökm ləğv olunub varislik hüququ yalnız qohumlara aid edildi).
Elmir Quliyev :
Те, которые уверовали впоследствии, совершили переселение и сражались вместе с вами, являются одними из вас. Однако родственники ближе друг к другу. Таково предписание Аллаха. Воистину, Аллах ведает о всякой вещи.
Ələddin Sultanov:
Sonradan iman gətirib hicrət edən sizinlə birlikdə cihad edənlərə gəldikdə, onlar da sizdəndir. Allahın Kitabında qohumlar (varis olmaqda) bir-birlərinə daha uyğundurlar. Şübhəsiz ki, Allah hər şeyi biləndir.
Kerbelayi Malik ağa:
Bundan sonra amənu olub hicrət edən kəslər sizinlə birlikdə cihad edən kəslər, məhz onlar sizdəndir. Allahın Kitabında qohumlar bir-birlərinə daha yaxındır. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir.
Ələsgər Musayev:
O kəslər ki, sonradan inanırlar sizinlə birlikdə hicrət edib cihad edirlər həmin onlar sizdəndirlər. Allahın kitabında qohumların bəzisi bəzilərinin dostudur. Həqiqətən, Allah küllisi ilə şeyin Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Sonradan iman gətirən, hicrət edən sizinlə birlikdə cihad edən kəslər (dostluq dini qardaşlıq əlaqələri baxımından) sizdəndirlər. Allahın kitabında (Lövhi-Məhfuzda bu kitabda yazılmış varislik hökmündə) qohumlar bir-birlərinə (başqalarından) daha haqlıdırlar (beləliklə, hicrətin əvvəlində mühacirlərlə ənsar arasında çıxarılmış varislik hökmü nəsx oldu). Həqiqətən Allah hər şeyi biləndir.
Kövsər Tağıyev:
Daha sonra iman edib hicrət edən sizinlə birlikdə cihad edənlərə gəlincə, onlar da sizdəndir. Allahın kitabına görə qan qohumları bir-birilərinə (varis olmağa) daha layiqdirlər. Şübhəsiz, Allah hər şeyi haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonradan iman gətirən hicrət edib sizinlə bərabər cihad edənlər sizdəndirlər. Qohumluq əlaqəsi olanlar Allahın Kitabına görə bir- birlərinə daha yaxındırlar. Həqiqətən, Allah hər şeyi biləndir!
Sabirə Dünyamalıyeva:
bundan sonra, inanan sizinlə birlikdə yurdlarından köç edən var gücü ilə səy edən kəslər; artıq onlar da sizdəndir. Qohum olanlar da, Allahın kitabına görə, bir-birlərinə daha yaxındır. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir.