İsra Surəsi 76. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Müşriklər) səni yurdundan çıxartmaq üçün az qalmışdı ki, səni o yerdə sıxışdırsınlar. Çünki səni qovduqdan sonra özləri (orada) ancaq az bir müddət qala bilərdilər.
Bünyadov-Məmmədəliyev:
(Müşriklər) səni oradan (Məkkədən) çıxartmaq üçün az qalmışdı ki, səni o yerdə fitnəyə salsınlar (narahat eləsinlər, dünyanı başına dar etsinlər). Əgər onlar belə etsəydilər, səndən sonra (Məkkədə) yalnız az bir müddət qala bilərdilər.
Elmir Quliyev :
Они чуть не изгнали тебя с земли, вытесняя тебя оттуда. Но ведь после твоего изгнания они сами оставались бы там лишь недолго.
Ələddin Sultanov:
Səni yurdundan çıxartmaq üçün az qalmışdı ki, səni orada təhrik edib fitnəyə salsınlar. Əgər belə olsaydı, səndən sonra onlar (Məkkədə) yalnız az bir müddət qala bilərdilər.
Kerbelayi Malik ağa:
Həqiqətən az qalmışdı ki, səni yurdundan çıxartmaq üçün sıxışdırsınlar. Əgər elə olsaydı, onlar da səndən sonra yalnız az bir müddət qala bilərdilər.
Ələsgər Musayev:
Yaxın idi səni ərzdən hərəkət edib oradan xaric etsinlər üçün səni oradan. Onda qalardılar səndən sonra ancaq az -
A.Mehdiyev və D.Cəfərli:
həqiqətən az qalmışdı ki, səni (bu ayənin nazil olmasından qabaq) Məkkə torpağından çıxartmaq üçün təhrik etsinlər. Əgər elə olsaydı, səndən sonra onlar da (orada) yalnız az bir müddət qalardılar (necə ki, o həzrəti çıxartdıqdan bir il sonra Bədr müharibəsində öldürüldülər Məkkə torpağına qayıtmadılar).
Kövsər Tağıyev:
Səni o yerdən (Məkkədən) çıxarmaq üçün az qalmışdı ki, səni sıxışdırsınlar. Bunu edə bilsəydilər, səndən sonra orada qısa müddət qalardılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar səni bu yerdən [Məkkədən] çıxarmaq üçün az qala səni oradan qovacaqdılar. Onda səndən sonra özləri ancaq az bir vaxt qala bilərdilər.
Sabirə Dünyamalıyeva:
tezliklə səni bu yerdən/yurdundan çıxarmaq üçün mütləq narahat edəcəklər.