Məryəm Surəsi 76. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab baxımından daha xeyirli, aqibətcə daha yaxşıdır.
Bünyadov-Məmmədəliyev:
Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır!
Elmir Quliyev :
Аллах увеличивает приверженность прямому пути тех, кто следует прямым путем. А нетленные благодеяния лучше перед твоим Господом по вознаграждению и по исходу.
Ələddin Sultanov:
Allah doğru yolda olanların hidayətini artırar. (Axirətə) qalan yaxşı əməllər isə Rəbbinin dərgahında həm mükafat, həm dönüş yeri etibarilə daha yaxşıdır.
Kerbelayi Malik ağa:
Allah hidayətdə olanların hidayətini artırar. Baqi (əbədi, daimi) olan saleh əməllər Rəbbinin dərgahında savab baxımından daha xeyirlidir dönüş (qarşılığı olan mükafat) baxımından da daha xeyirlidir.
Ələsgər Musayev:
Artırar Allah o kəslərin hidayətini ki, hidayət tapıblar Baqi olan salehlik xeyirlidir Rəbbinin yanında savabda xeyirlidir muradda!
A.Mehdiyev və D.Cəfərli:
Allah doğru yola yönəldilmiş kəslərin hidayətini artırır əbədi yaxşılıqlar (haqq əqidələr, mənəvi fəzilətlər saleh əməllər) Rəbbinin yanında (axirət) mükafat(ı) nəticə baxımından daha yaxşıdır.
Kövsər Tağıyev:
Allah doğru yolda olanların hidayətini artırar. Qalıcı saleh əməllər Rəbbinin qatında həm savab etibarilə, həm nəticə etibarilə daha xeyirlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah düz yolla gedənlərin düzlüyünü daha da artırar. Əbədi qalan düzgün əməllər isə Rəbbinin dərgahında mükafatca daha xeyirlidir aqibətcə daha yaxşıdır.
Sabirə Dünyamalıyeva:
Allah, özünə göstərilən doğru yola girənlərin bələdçilərini artırar. yaxşılaşdırmaq qayəsi güdən qalıcı işlər, Rəbbinin dərgahında savab baxımından daha xeyirlidir, nəticə baxımından da daha yaxşıdır. "